Alban tayfası və əsassız ehtimallar

Manset / Tarix 04-iyl, 16:449 tv713 300 0

Alban tayfası və əsassız ehtimallar

TOFİQ ƏZİZBƏYLİ
tarixçi, arxeoloq





Alban tayfasının ləzgilərin əcdadı olması haqqındakı ehtimal və bu ehtimalın əsassızlığını təsdiq edən faktlar.


Qiyasəddin Qeybullayev yazır ki, albanların ləzgilərin əcdadı olması ehtimalı 1825 – ci ildə S. Bronevski adlı Rusiyalı məmur tərəfindən irəli sürülmüşdür. S. Bronevskidən sonra 1857 – ci ildə Alman səyyahı B. A. Qaksthauzen yazdı ki, ləzgilər qədimdə Alban adlanmışdır. Sonralar bu ehtimal A. Q. Şanidze tərəfindən bəyənilmiş, A. Q. Şanidzeyə də istinadən Q. A. Melikişvili, İ. M. Dyakonov, İ. H. Əliyev və S, T. Yeremyan təkrarlamışdır. 1958 – ci ildə Rus dilində çapdan çıxmış ,,Azərbaycan tarixi”nin I cildində (s. 51) də yazıldı ki, albanlar ləzgidilli idilər (Bax: Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı – 1994, s. 21). Lakin yazılı mənbələrdəki məlumatlar və indiyədək aparılmış tədqiqatların nəticələri 26 müxtəlif dildə danışmış Alban tayfalarından (Strabon. Coğrafiya. XI. 4, 6 ) hamısının, xüsusən də, mənşəcə Massaget olan Alban adlı tayfanın ləzgilərin əcdadı olması ehtimalını qətiyyətlə rədd edir. Belə ki:

1. Yazılı mənbələrdə mənşəcə Massaget olan Alban tayfasının ləzgilərin əcdadı olmasını təsdiq edəcək heç bir məlumat yoxdur.

2. İndiyədək aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, hazırda Azərbaycan Respublikasının ərazisində yaşayan ləzgilərin ulu əcdadı Leq tayfası, qrızların, ceklərin, əliklərin, yergüclərin, buduqların və hapıtların ulu əcdadı Her tayfası, xınalıqların ulu əcdadı Qat tayfası, rutulların ulu əcdadı Çilb tayfası, saxurların ulu əcdadı Ciqb tayfalası və udinlərin də ulu əcdadı Udi tayfasıdır (Bax: Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı – 1994, s. 172 – 173; Məhəbbət Paşayeva. Qafqaz Albaniyasının əhalisi. Alban Tayfa İttifaqı. Cabir Alpoğlu Albantürk. Alpan türk yurdu (Məqalələr toplusu). Bakı – 2021, s. 50, 52 – 56, 60). Göründüyü kimi, yazılı mənbələrdə bu azsaylı xalqların heç birinin əcdadının adı Alban deyildir.

3. Strabon yazır ki, Pompey Albaniyaya hərbi yürüş edəndə (e. ə. 65 – ci ildə) leqlər albanlarla amazonkaların arasında yaşayırdılar (Strabon. Coğrafiya. XI. 5, 1). Bu da o deməkdir ki, Leq və Alban tayfaları tamamilə başqa – başqa tayfalardır və həmin vaxt ləzgilərin əcdadları Alban tayfasından şimalda yaşamışdır.

4. Ləzgiləri, həm də, xarici görünüşlərinə görə, Alban tayfasının varisləri hesab edənlər bilməlidirlər ki, Alban tayfasının mənsub olduğu massagetlər də, ucaboylu və ağbəniz olmuşlar

5. Ləzgiləri, həm də, 52 hərfdən ibarət Alban əlifbasına görə, Alban tayfasının sonrakı nəsilləri hesab edənlər də bilməlidirlər ki, bu əlifba Alban tayfasının dilinin əlifbası deyil, çeçen – inquşların əcdadı olan, bir hissəsi Albaniyada da yaşamış Qarqar tayfasının dilinin əlifbasıdır (Bax: Tofiq Əzizbəyli. Azərbaycan tarixinin Qarqar tayfası və Alban əlifbası problemi haqqında. Globalpress. Az saytı; Tofiq Əzizbəyli. 52 hərfdən ibarət Alban əlifbası Qafqaz Albaniyasında yaşamış hansı tayfanın dilinin əlifbasıdır: Alban, yoxsa Qarqar?

6. Ləzgilərin əcdadları Albaniyanın Dağıstana bitişik hissəsində yaşadıqları halda, mənşəcə Massaget olan Alban tayfası Albaniyanın demək olar ki, hər yerində, Strabonun verdiyi məlumatlara (Strabon. Coğrafiya. XI. 4, 5; XI. 7, 1) görə, hətta Kaspiana vilayətindəki Midiya dağlarında (müasir Talış dağlarında) belə yaşamışdır. Güman ki, Masallı və Cənubi Azərbaycanın Yardımlı rayonuna bitişik hissəsində yerləşən Alvan düzü adları da burada yaşamış mənşəcə Massaget olan Alban tayfası ilə bağlıdır.



Abbasqulu Ağa Bakıxanov Alban və Ləzgi tayfalarının mənşəyi
haqqında.


S. Bronevskinin albanların ləzgilərin əcdadı olması ehtimalını irəli sürməsindən 16 il sonra, 1841 – ci ildə Abbasqulu Ağa Bakıxanov ,,Gülüstani – İrəm” adlı əsərini yazdı. A. A. Bakıxanovun Alban tayfasının və ləzgilərin mənşəyi (kökəni) haqqında yazdıqlarından nümunələr: ,,Alan və Alban sözlərinin bir – birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Ammian Martsellinin yazdığına görə, Alan tayfası qədim Massaget nəslindən olmuşdur. Bunlar əvvəlcə Tatarıstandan gəlib Skif tayfasını Xəzər dənizinin şərq sahillərindən qovaraq buralarda yerləşmişlər. ... Alan tayfası şəmsipərəst dinində idilər. Qılıncı yerə sancıb ona səcdə edərdilər. Bir çox adət və ənənələri Hun tayfası ilə bir idi. Prokopi Alan tayfasını Massaget nəslindən və Böyük Get mənasında olan Massageti də Get və ya Qotf nəslindən hesab edir” (Gülüstani – İrəm. Bakı - 2001, s. 14 - 15). Məlumat üçün deyək ki, Şəms fars sözüdür və mənası Günəşdir.


Dağlılara ləzgi adının verilməsi, Laz qovmilə qarışmaları münasibətilə ola bilər. Lazlar miladın ııı əsrinin sonunda Kolxidada yaşayırdılar. Bu tayfanın qalıqları indi də Qara dənizin cənub – şərqində sakin olub, yazılarında öz adlarını Laziqi deyə yazırlar” (Yenə orada. S. 13). Görundüyü kimi, A. A. Bakıxanova görə də, mənşəcə Massaget olan Alban tayfası ilə ləzgilərin əcdadı mənşəcə tamamilə başqa – başqa tayfalardır.


Alban tayfasının ləzgilərin əcdadı olduğunu təsdiq edəcək fakt olmadığından, sonralar bu tayfanın çeçen – inquşların və udinlərin əcdadı olması haqqında yenə də həqiqətə uyğun olmayan daha iki ehtimal irəli sürüldü.

Mənasız mübahisələrə yol verməmək üçün bir daha təkrar edirəm: müəyyən hissəsi Albaniyada da yaşamış ləzgilərin, udinlərin və çeçen – inquşların əcdadı olan Leq, Udi və Qarqar tayfaları albaniyalı (azərbaycanlı adı kimi) mənasındakı Albandır və Albaniya dövlətinin yaradıcısı, mənşəcə Massaget olan Türk Alban tayfası ilə təbii ki, etnik bağlılıqları yoxdur...


(davamı var).
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr