YARDIMLININ GÜNAHI NƏ!?
İGİD TEYMURLU
YAŞAMI YARDIMLININ MƏHVİNDƏN ÇIXANLARA
Yardımlının daşlaşmış tarixi, tarixi abidələri var, ancaq arayanı, axtaranı yox!!!
Yardımlının savadlı, dünyagörüşlü, müasir elmlərə tam yiyələnən oğlanları, qızları var, ancaq tam şəraitsizlik, bütöv işsizlik bu yurdda hökm sürdüyündən doğma yurda qayıdanı yox!!!
Yardımlını Yardımlı edən kəndləri var - sürətlə boşalan kəndləri! Bu kəndlərin cavan-vuvanının hamısı tozlu boğanaqlı Qarabağın daş karxanası və Bakının qul BAZARLARINDA dolaşmaqda, Yardımlının deputatı və yerli rəhbərlik yüksək tribunalardan "sürətli inkişaf"dan danışmaqda, ancaq kəndlərin çoxunda toyuq başı kəsəcək bəni Adəm yox!!!
Yardımlının el gözünə, aidiyyatı təşkilat rəhbərlərilə yerli idarəetmə strukturlarının rəhbərliyin qəzəbindən yayınması üçün Bakı trassı boyunca sınıq-salsaq qaz xətti var, ancaq yaradan 5-6 yüz metr, 1,5 km aralı kəndlərində nəinki qaz, heç qaz xətti belə yoxdur!!!
Yardımlıda dövlətçiliyimiz naminə "texnoloji inkişaf"dan danışan dillər var, ancaq internetdən belə demək mümkünsə, ODURAĞARAN ("ODURAKƏRAN" YOX HAAA!!) coğrafiyasında "Haça gədik"lə "Hamar dağ" dan başqa heç yerdə əsər əlamət yox!!!
Yardımlımın dağ boyda dərdləri var, Yardımlı xəstədir, ancaq Yardımlının dərdinə dərman bulacaq təbib yox!!!
"Yardımlı" adında Azərbaycanın gerçəkdə bir cənub rayonu var, ancaq "Yardımlı gerçəkləri sanki bu rayonun Allahın da yadından çıxdığını göstərir" desəm, deçyin ki, bunun Allahı yox!!!
Yardımlının guya ki, adam arasına çıxaracaq bir cuppulu "Şəlalə"si var, ətrafı zəncirlənmiş, buxivlanmış "Şəlalə"si!!! Ancaq heç olmasa bu cuppulu "şəlalə"nin də "imkanları"ndan rayon adına "ədəti-başlı" yetərincə istifadə edəni yox!!!
Yardımlının az qala adambaşına düşən bir seyid, bir çoxları var, ancaq kəndlərində azan sədası yox!!!
Yardımlının adında "çay" ifadəsini yaşadan bir Viləşi var, ancaq çaydan çox, ətrafı zibilxananı xatırladır, ancaq məhz bu çay üzərində Masallıda olduğu kimi min dərdə dərman qurmalı olduqları dəryaçası yox!!!
Yardımlının meşələri var. Yox, yox, daha doğrusu var idi, indi yoxdur. Bunu nə ekologiya naziri, nə də Perimbel seyidlərinin marşrutunu özünə yol seçən Azəriqaz rəsmisi görmür, ünvanına yağdırılan söyüş və qarğışı sanki eşitmir, ancaq qazsızlıq ucbatından bütün meşələr məhv edilib və edilir, yurda yiyə duran yox!!!
Yardımlıda bir Ağsaqqal Yolu var idi, həm də nahamar, kələ-kötür yollar, ancaq indi o yollar da tam bərbad bir gündə!!!
Yardımlının xəstəsi var, en qədər, ancaq kəndlərdə bir tibb müəssisəsi yox!!!
Yardımlıda mədəni -maarif ocaqlarının adı var, ancaq kəndlərdə bir klub, bir kitabxana yox!!!
Yardımlıda işçi qüvvə nə qədər desən var, ancaq yaşıllaşdırmadan ( onun da adı öz işiylə düz mütənasib deyil) başqa iş yeri yox!!!
Yardımlının olan qalan bir keçəl dağları var, ancaq bütün bu biabırçılıqları görəndən sonra adamda bu keçəl dağlardan da zövq ala biləcək hal yox!!!
Axı günahı nədir bu Yardımlının!? Niyə bu rayonu məhv edirsiniz, ey yerdəki allahlar!? Sizlərin yaşamınız Yardımlının məhvindənmi keçir, cənablar?