İŞĞAL OLUNMUŞ YARDIMLI

Manset / Yazarlar 26-avq, 19:569 tv713 120 0


İŞĞAL OLUNMUŞ YARDIMLI

İGİD TEYMURLU








Və "azadlığı"nı mədə niyyətində tapanlar





YARDIMLININ PROBLEMİ Ayaz Əsgərovla bağlı deyil.

Sabah Əsgər Ayazov da Yardımlıda icra başçısı olsa Yardımlı yenə bu gündə olacaq.

Çünki sosial məngənədə sıxılan YARDIMLI VƏHŞİ QƏZƏBİN ƏSİRLİYİNDƏDİR və təbii olaraq Yardımlıda həmin vəhşi qəzəbin doğurduğu "vətəndaş məsuliyyətsizliyi" var. Üstəlik idarəetmədə gəlmə fiqurların çoxunun laqeydliyi problemləri daha da dərinləşdirib.

30 İLDƏN ARTIQ MÜSTƏQİLLİK DÖNƏMİNDƏ YARDIMLIDA MÜSBƏTƏ MEYİLLİ HEÇ BİR İŞ GÖRÜLMƏDİ -Yardımlının görünüşündən tutmuş sosial problemlərə, təhsilindən tutmuş səhiyyəsinə, mədəniyyətindən tutmuş aqrar sahəsinə qədər - bütün sferalarda bir talançılıq, bir baxımsızlıq hökm sürüb. İşğaldan azad edilən ərazilərimizin altının üstünə çevrilməsinin şahidi olduq - bunu ermənilər etmişdi. Bəs YARDIMLINI bu kökə salan kimdir? Yardımlı sanki 31 ildir ki, işğal altındadır. Sovet dönəmində Yardımlı necə idisə indi ondan da beş qatına pis vəziyyətdədir!..

Pafosdan uzaq olaq, ya zəlzələdən, ya vəlvələdən hər cür məhrumiyyətlərlə üz-üzə qoyulan vətəndaş özü özünü bu Vətənin bir parçası, vətənin bir daşı hesab edə bilməz. Bir loxma həsrətlə vurnuxan vətəndaşın acınacaqlı gerçək halı onları rəsmilərin tez-tez vurğuladıqları "məsuliyyətsiz" hala gətirir - meşələr talan edilsə də, toponimlər dəyişdirilsə də, tariximiz tapdalansa da, vətəndaşın heç vecinə də deyil. Çünki Yardımlıdakı vətəndaş cəhənnəm əzabı yaşamaqda, o, öz əzablarıyla baş-başadır, rəsmilərin diliylə desək, "məsuliyyətsizdirlər".....

Deyirlər ki, "YARDIMLIDA VƏTƏNDAŞ ÖZÜNÜ CAVABDEH OLARAQ HİSS ETMİR!". Çünki vətəndaş onun sorunlarına cavabdeh olan məmur tayfasından, millət vəkilindən bu davranışın sərgilənməsinin şahidi olmayıb, əzizlərim. Ol səbəbdən vətəndaşa "yeyib dağıdanlar qalıb bir qıraqda, mənə nə?" psixologiyası hakim kəsilib. Ayaz Əsgərov üçün ODURAĞARAN kəndinin adının "OduraKƏRAN" kimi yazılmasının zərrə qədər əhəmiyyəti yoxdur. Adam heç bu kəndin yolunu tanımır...

"Məsuliyyətsiz"liyə və "cavabdeh olmamağa" sürükləyən görüntü: ə kişi, Azərbaycan qaz ixrac edən bir ölkə olduğu halda, Yardımlının 95 faiz kəndində nəinki qaz, heç qaz turbası da yoxdur!! Bu, məsuliyyətsiz yanaşmanın görüntüsü deyilmi, cənablar?

"Məsuliyyətsiz"liyə və "cavabdeh olmamağa" sürükləyən daha bir görüntü: Azərbaycanda hər yerdə ağacəkmə kampaniyası keçirilir - guya ki, bunlar Allah qoymasa, ekologiyanın qeydinə qalırlar. Bəs Yardımlıya baxanda nəyin şahidi oluruq? Şahidi oluruq ki, ay haram pulla ev tikib, ev yıxanlar, ay Allah evinizi yıxsın, Yardımlıda ekoloji fəlakət yaşanır e, meşələrdə ağac qalmayıb!!! Siz doğrudan da ekologiyanın qeydinə qalırsınızsa, ONDA YARDIMLIYA QAZ VERİN, YOL ÇƏKİN!!!

Yardımlıda hamının ağzını "SOSİAL"LA, "PENSİYA" İLƏ yumub ged qoyununu otar, Allahına da şükür elə deyirlər.

YARDIMLLNIN PROBLEMİ ONDA DEYİL, BUNDADIR: ODURAĞARAN adını "OduraKƏRAN" ( eləcə də digər kəndlərin) kimi təqdim edənlərin gizli niyyətində!!!

Bu gün Yardımlıda sosial sıxıntı ucbatından kəndlərdə toyuq başı kəsməyə cavan qalmayıb - hamısı ya Rusiyanın ucsuz-bucaqsız çollərində, ya Qaradağın daş karxanalarında, ya da Bakının hambal bazarlarında. Azərbaycanda Yardımlı qədər baxımsız gündə olan ikinci bir rayon yoxdur!!!

Yardımlıda və Yardımlıdan kənarda yardımlılardan ibarət ziyalı təbəqəsinin tam əksəriyyəti bir loxma çörəyə sahib mədə niyyətli "azadlıq"dan həzz almadadır. Yuxarıda adını hallandırdığım ODURAĞARANla bağlı problemə münasibətdə bu ziyalıların tam əksəriyyətini susan gördüm. Hanı Yardımlıdan çıxan jurnalistlər, alimlər? Bununla bağlı tarixçi alim TOFİQ ƏZİZOV, SABİR RÜSTƏMXANLI, ZAHİR MƏLİKLİ, ŞAHBAZ XUDUOĞLU danışdı, odurağaranlılar da "yerli məmurlar"dan...

Guya indi mənim dərk etdiyimi məndən öndə gedən aydınlarımız dərk etmirlət!? Dərk edirlər, sadəcə olaraq .....

Guya indi mənim dərk etdiyimi məndən öndə gedən deputatımız Musa Qasımlı dərk etmir?
Dərk edir, nəinki dərk edir, hətta bu niyyətin hansı qaranlıq missiya daşıdığının yeddi qat tarixinə də bələddir. Sadəcə olaraq, öz maraqları bu adamlar üçün daha önəmlidir. Əks halda onlar da bizim kimi bu zamanın zülmü altında düzdə qalarlar...

Qazsızlıq, yolsuzluq, işsizlik, bərbad təhsil , səhiyyə və mədəniyyət sisteminin bugünkü ağlamalı vəziyyəti də o niyyətin tərkib hissəsidir, cənablar!!! Belə gedəcəksə, günün birində Yardımlı inzibati ərazisinin
acınacaqlı taleyi söz konusu olacaq. Və onda bugünkü susqunluğunuzu, bugünkü həqiqətləri yada salarsınız. Bu boyda Yardımlıda bir müəllim yoxdur ki, təhsil sisteminə rəhbərlik etsin!? Bu boyda Yardımlıda bir energetik yoxdur ki, işıqlarımıza düzən versin? Hanı müəllimlərin, hanı energetiklərin söykənə yeri ola biləcək faktları? Amma hər kəs deyinir....

Üzdə olan yardımlılar da yorğanı öz üstlərinə örtməklə məşğuldular. Heç başqa sahəni demirəm, media aləmini TUTALĞAC olaraq götürürəm. Bu gün Azərbaycan mediasında tanıdığımız və tanımadığımız onlarla imza var ki, hansısa problemin öz həllini tapması üçün kifayət qədər imkana və çəkiyə sahibdirlər. İnformasiyanın təqdimatı, informasiyanın çatdırılması, problemin işıqlandırılması baxımından bu Zatlar böyük imkanlara sahib olsalar da, susurlar!!!

Biri elə molla Dilavər kişinin oğlu. Adına "mir" kəlməsini zorən siğə edən və buna pir statusu verməyə çalışan molla Dilavər kişinin oğlu Perimbelli Şahin Ağayevi götürək. Canı çıxar bircə dəfə hansısa mütəxəssisi rəhbərlik etdiyi REAL televiziyasının efirinə dəvət edib "OduraKƏRAN" tapıntısının fəsadlarından danışanda!? Ruslan Əliyev həftə səkkiz, mən doqquz ReALda olur. Niyə bu Şahin Ağayev adlı ət və sümükdən ibarət varlıq həmin Ruslan həzrətlərinin yaxasından tutub demir ki, ə kişi, sən niyə bu xalqı, niyə dövlət başçısını aldadırsan, axı Yardımlıda qaz deyilən şey yoxdur?

Yaxud, olsun ekologiya naziri. Niyə bu mətbuatın gülməşəkərləri bir dəfə də olsun ki, bundan soruşmurlar: "Cənab ekologiya naziri, rəhmətlik Heydər Əliyev deyirdi ki, mən bir ağac kəsiləndə elə bilirəm bir QOLUM kəsilir".

İndi o məntiqlə həm AZƏRİQAZ rəsmisindən, həm də EKOLOGİYA nazirindən bizim Yardımlı kökənli media nümayəndələrimiz bu barədə nədən soruşmurlar?

Tanıdığım jurnalistlərin hər birinin imkanları bu konuda məndən ən azı 5 dəfə artıqdır, amma susurlar. Demək ki, burada bir qarın niyyəti var. Və problem də Ayaz Əsgərovluq deyil, heç Əsgər Ayazovluq da olmayacaq. Yardımlı vəhşi QƏZƏBİN və azadlığını mədə niyyətində görənlərin işğalı altındadır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr