Uşaqlara 2 min, ailələrə 200 dollar verilsin!
Azərbaycan neft fondunda 55 milyard valyuta ehtiyatımız var. Bizim 10 milyon 200 min əhalimiz var. Təklif edirəm ki, hər bir vətəndaşımıza 100 manat pul verilsin.
Tv 713.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli təklif edib.
Millət vəkili qeyd edib ki, 2021-ci ildə Azərbaycanda 112 min uşaq doğulub:
“Hər bir uşağın hesabına 2 min dollar keçirilməsi yaxşı olardı. Bu da cəmi 224 milyon manat edir. Neft Fondunun hesabına bunu etmək olar. Bəzi ölkələrdə bu məbləğ 10 min dollardır.
Daha bir təklifim mavi yanacaqla bağlıdır. Qaz ödənişindən çətinlik çəkənlər var. Ölkəmizdə cəmi 2 milyon 200 min ailə var. Hər bir ailənin hesabına 200 dollar qoyulsun və onlar bu çətinliklərin qarşısını ala bilsinlər”.
Deputat əlavə edib ki, səsləndirdikləri populist şüar deyil. O, eyni zamanda təhsilin pulsuz olunmasına təklif edib.
“Mən Azərbaycan dövlət müstəqilliyinin bərpasına səs vermiş biri kimi hər kəsi bu münasibətlə (18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür - red.) təbrik edirəm. Mən Vahid Əhmədov və digər həmkarlarımın sözlərinə qoşularaq Azərbaycan xalqını Azərbaycan Prezidenti, dövlətimiz və qanunlarımız ətrafında birləşməyə dəvət edirəm”, - deputat çıxışını yekunlaşdırıb.