Rusiyada türk tarixi ilə bağlı mühüm kitab hazırlandı
Beynəlxalq alimlər qrupu “Türk dünyası IV-XII əsrlərdə” elmi monoqrafiyasının birinci cildi üzərində işi başa çatdırıb. Monoqrafiyanın hazırlanmasında yeddi dövlətin 25 universitet və institutundan 34 mütəxəssis iştirak edib.
Tv 713. az kult.az istinadla xəbər verir ki, bu barədə Rusiyanın Altay Dövlət Universitetinin “Böyük Altay” elm-tədris mərkəzindən məlumat verilib.
Universitetdən bildirilib ki, kitab arxeoloji və etnoqrafik məlumatlar, türk runik, ərəb-fars və Çin yazılı abidələri əsasında yaradılıb.
“Bu nəşr “Böyük Altay türk dünyası” layihəsi çərçivəsində nəşr etməyi planlaşdırdığımız “Türk sivilizasiyasının salnaməsi”nin birinci cildidir”, - universitetin professoru Sergey Zemlyakov deyib.
Zemlyukovun sözlərinə görə, monoqrafiya üzərində işlərə müxtəlif ölkələrin alimlərinin cəlb edilməsi türkdilli xalqların tarixində bir çox mübahisəli və hələ də kifayət qədər öyrənilməmiş mövzular haqqında geniş rəylər yaratmağa imkan verib. Bunlar türk xalqlarının mənşəyi, təşəkkülü və məskunlaşması, onların qonşu xalqlarla qarşılıqlı əlaqəsi, müxtəlif birlik və dövlətlərin yaradılması məsələləridir. Kitab rus arxeoloqlarının, Qazaxıstan, Azərbaycan, Tacikistan, Türkiyə, Qırğızıstan və Almaniyanın aparıcı alimlərinin apardıqları fundamental tədqiqat işləri əsasında hazırlanıb.