Bakıda qaynaqçı bədbəxt hadisənin qurbanı olub
Nərimanov rayonunda bədbəxt hadisə zamanı 1 nəfər dünyasını dəyişib.
Hadisə Nərimanov rayonunda yerləşən "Ruzigar” Müəssisəsinin qarajında baş verib. Qaynaq işləri aparan Qusar rayon sakini Gülbala Novruzbəyov qaynaq aparatının partlaması nəticəsində ölüb.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.(ONA)