Laçınla üzbəüz

Manset / Yazarlar 26-avq, 12:399 tv713 26 0
Laçınla üzbəüz





ARZU ZEYNALLI


Gö­zümün yaşı yanağıma, acısı içimə sü­zülürdü... 





29 iyul 2023-cü il yaddaşıma ən fərəhli bir gün kimi yazıldı. 31 ildən sonra Laçına ilk ayaq basanda elə bil­dim ki, yenidən doğulmuşam. Qarda­şım Ələsgər rəhmətlik atamızın adını daşıyan oğlu Muxtarı da kişinin ruhunu şad etmək üçün özü ilə gətirmişdi. Ən kiçiyimiz Ələkbər Laçından çıxanda 9 yaşında idi. Beləcə, 2 qardaş, 2 bacı Laçına üz tutduq. Bacım Pərvanə elə yola çıxandan kövrəlmişdi. Axı Laçına gedirdik…

Hava qaralanda çatdıq Laçına... Bacım Elyanə həyat yoldaşı Etibarla artıq 3 gün idi ki, Laçında idi. Həkəri çayının yanında qarşıladılar bizi…

Düşündüyüm, xəyal etdiyim kimi ol­madı… Nədənsə quruyub qalmışdım. Nə torpağa diz üstə çökə, nə hönkür­tüylə ağlaya bildim. Laçınla üzbəüz dayanmışdıq, lal-dinməz baxırdıq. Gö­zümün yaşı yanağıma, acısı içimə sü­zülürdü... 

Mənmi böyümüşdüm, Laçınmı ba­lacalaşmışdı, sanki bir ovcuma sığış­dırıb ürəyimə basdım... Həkəri çayının şırıltısı elə bil ki "nə yaxşı gəldin" nəğ­məsi oxuyurdu. Ətrafımda boğuq hön­kürtülər, "şükür bu günə" sözləri bir-bi­rinə qarışmışdı… Laçın isə susurdu... Sanki, onu da qəhər boğmuşdu...

Gecədir... Bacımın baldızı Almazın təzəcə köçdüyü evinin ilk qonaqlarıyıq. 29 yaşında çıxıb, 60 yaşında evinə qa­yıdan bu qadının gözlərindəki sevinci görməyin özü də bir xoşbəxtlik idi…

Qardaş-bacı təəssüratlarımızı bö­lüşürdük. Onlara baxdıqca, yaşlandığı­mızı, sanki, indi hiss etdim... 

Elə hey ulduzlara baxıram. Laçında göy üzü heç bir yerdəkinə bənzəmir. Bu gecə isə ulduzlar daha parlaq, səma daha aydın idi. Bu 31 ildə hansı şəhər, kənd, rayonda oldumsa, göy üzünə baxanda deyirdim: "Laçında belə de­yil, qapqara göy üzü, çoxlu ulduzları vardı". Bax həmin göy üzünü yenidən görməyin sevincini yaşayırdım...

Dağların ətəyində işıq saçan ev­lərə baxanda başa düşürsən ki, yox, bu yuxu deyil, Laçındayıq gerçəkdən... 31 il sonra Laçına qayıtmaq... Və 31 il sonra yuxudan oyanıb özünü Laçında görmək... Dəli olmaq olar...

Səhərdir. Sübh tezdən sakitçilik­dir... Laçının tikinti yerlərində iş baş­lamayıb. Bir azdan sükut pozulacaq. Səhər yeməyi yemədən şəhərə çıx­dıq. Təsəvvür edin uşaqlığınızın iz­lərini axtarmaq üçün dağılmış, viran qoyulmuş yerlərdə addımlayırsan. Və baxırsan ki, tək deyilsən, bu amacla səhər açılar-açılmaz hamı xarabalıq­ların içində gəzişir. Bir anlıq özümüzü ruha bənzətdim. Xarabalığı dolaşan ruhlar... Sanki, burada şəhid olanların və Vətən həsrəti ilə dünyadan köçən­lərin ruhları da bizimlə idi... Hamı bir-birinə "Xoş gəldin, şükür bu günə, Allah şəhidlərimizə rəhmət eləsin" de­yir. Diqqətlə baxıb "görəsən məktəb yoldaşım, qonşum, qohumum deyil ki" nəzəri ilə bir-birinə gülümsəyən in­sanların xəyalında 31 il əvvəlin mən­zərələri canlanır…

Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr