Bu gün Türkiyədə tarixi gündür
Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Tv 713. az xəbər verir ki, prezident və parlament seçkilərində 60 milyon 697 min 843 seçici səsvermə hüququna sahibdir Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi mayın 9-da başa çatıb, gömrük məntəqələrində səsvermə isə davam edir.
Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan mübarizə aparır. Məmləkət Partiyasının sədri Məhərrəm İncə seçkilərə 2 gün qalmış namizədliyini geri götürüb.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Qeyd edək ki, Türkiyədəki seçkilər dünyanın, xüsusilə region ölkələrinin diqqət mərkəzindədir. Belə ki, "Altılı masa"nın namizədnin qalib gələcəyi halda Türkiyənin siyasi kursunu dəyişəcəyi ehtimalı yüksəkdir. Bu isə hazırda regionda marağı olan dövlətlərin seçkilərə həssaslığını artırıb.