Dilin ilk dərdi
İDRİS HEYDƏRLİ
Shahbaz Xuduoglu hər zaman zəmin mövzuları dilə gətirir,bu gün də yazdı,mövzusu dil idi.
Dil haqda qeydlərim burda var,Dil dərddir.
Dilin ilk dərdi o Dildə düşünənin olmamasıdır,Dildə danışılır,o dildə düşünülmür.Kitab nədən yazılar?
Kitab suallara cavabdır,istər əlifba olsun,istər roman.
Azərbaycan insanının sualı yoxdur,hamının cavabı var.Kitablar isə bir sürü cavablar toplusu kimi Hansı cavabları yazar?
Azərbaycancada "cavab"lar sofistikdir,ha Niyazi Mehdi yazacaq,ha Rəhman Bədəlov,ha da yalançı Akademiklər.
Bu adamların heç biri Biliyi bilməzlər,məlumatlar toplusudur.
Biliyin var olmadığı bir cəmiyyətdə "Məlumatlar toplusu" Kitabları yazılır.
Burda Dil deyil günahkar,Dilin içinə yığdığı Bilik kirlidir.Biliyin kirli olduğu məkanlarda Sofistlərə meydan açılar və Səfsəfə hökm sürər.
Bu seçim idarəedənlərə sərf edər,
Səfsəfə istiqamət verməz,yerini qoruyar ki,
İşığ zənn etdiyi Atəşlərdən uzaqlaşmasın.
Dərd Kitab oxumağ deyil,Şahbaz.Dərd kitab yazanların dərdidir.Yazı kirlidirsə,Dili deyil,
O dildə dillənənləri dəyişmək məcburiyyətindəsən.
Təşəkkürlər,Dərdini anlayıram,Cəhdini də alğışlayıram.Səfsəfəni fəlsəfəyə çevirmədikcə Qədərimiz budur.