Türkiyədə zəlzələ bölgəsində tikinti nə vaxt başlayacaq?
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə məskunlaşma sahələri müəyyən edilib. Bütün komandalarımız bu ərazilər üzrə ətraflı geoloji tədqiqat hesabatları hazırlayır. Tikiləcək yaşayış binaları 3-4 mərtəbədən artıq olmayacaq.
Tv 713. az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bir həftə ərzində 10 vilayətdə bütün zərər qiymətləndirmə işləri tamamlanacaq.
“Mart ayında evlərin tikintisinə başlamağı planlaşdırırıq”, - deyə o əlavə edib.