"Beşiktaş" məşqləri bərpa etdi
Türkiyədə koronavirus pandemiyasının yayılmasından sonra məşqləri bərpa edən ilk klub "Beşiktaş" olub.
tv713.az "NTV Spor"a istinadən məlumat verir ki, dünəndən hazırlığa başlayan komandanın 8 futbolçusu bu gün "Nevzat Demir" bazasında məşq edib.
Hazırlıq prosesində Gökhan Gönül, Caner Erkin, Güven Yalçın, Necip Uysal, Tayler Boyd, Atiba Hatçinson və gənc qapıçı Ersin Destanoğlu iştirak ediblər.
Dünənki məşqdə isə Burak Yılmaz, Domoqoy Vida, Adem Lyayiç, Umut Nayır və Utku Yuvakuran yer alıblar.
Qeyd edək ki, aprelin 23-də Türkiyədə 4 günlük komendant saatı tətbiq olunacağından "Beşiktaş"ın futbolçuları məcburiyyətdən məşqləri evdə davam etdirəcəklər.