Ölüm ayağında olan təhsilimizin YARDIMLI NÜMUNƏSİ

Təhsil / Manset 17-apr, 22:479 tv713 176 0





MÜŞFİQ RƏHİMOV



Təhsil naziri EMİN ƏMRULLAYEVin menyüsünə





Azərbaycanın cənub bölgəsində, özəlliklə Yardımlı rayonunda təhsilin inkişafına görəvli olan LARTİ ( Lənkəran Astara Regional Təhsil İdarəsi) adında bir qurum var. LARTİ-nin timsalında regional idarələrin fəaliyyətindən təhsil naziri olaraq Sizin xəbəriniz varmı, cənab Emin Əmrullayev?

Cənab Emin Əmrullayev, dövlətimizin başçısı hələ 44 günlük müharibə zamanı özünün də vurğuladığı kimi "ən dürüst informasiyaları mən sosial şəbəkədən alıram" deyirdi. Və zatən bu, belədir. Çünki ağrıları, acılarıyla baş-başa qalan toplumun tam əksəriyyəti dərdini sosial şəbəkədə bölüşməklə ən azından bir təskinlik tapmış olur. İnanıram ki, hamı kimi Siz də problemlərin məngənəsində inləyən toplumun sosial şəbəkə üzərindən görünən ağrılarına, acılarına biganə qalmırsınız.

ÖYLƏSƏ...

Cənab Emin Əmrullayev, mən "təhsil müəssislərində bazar təfəkkürünün hökm sürdüyü"ndən, "hörmət donuna girən rüşvətin təhsil müəssisələrini bürüməsi"ndən, müəllimləri "işə düzəldən" "müsahibələr"in "boğazları yağlayan metod və vasitələri"ndən danışmıram. Məni vətəndaş olaraq maraqlandıran təhsil sisteminin idarə olunmasında bürokratik metodların oturaq və işlək hala gətirilməsi,gerçkdən təhsilimizin məhv edilməsidir. Müəllimlər üçün ölkənin daxilisiyasəti gilyotin aparatına çevrilib!!

Nöqsanlar səslənir, nöqsanlar yazılır, di gəl ki, daşdan səs çıxır, Sizdən yox!!!

Siz yuxarıda adını hallandırdığımız LARTİ-nin fəaliýətilə tanışsınızmı?

Siz heç sosial şəbəkədə, ölkə KİV-ində LARTİ-nin fəaliyyətilə bağlı yayılan xəbərləri, "faktlar" ı araşdırmısınızmı?..

Cənab Emin Əmrullayev, görünən budur ki, Siz nazir olaraq təhsil müəssisələrindəki, özəlliklə Yardımlıda təhsilin səviyyəsilə bağlı acınacaqlı vəziyyəti sıradan statistik məlumat kimi qəbul edirsiniz. Acınacaqlı vəziyyətlə bağlı heç səbəb və nəticələri araşdırmırsınızmı?

Araşdırmısınızsa, nəticə hanı?

Yox araşdırmayıbsınızsa, Sizin vəzifənizi kim yerinə yetirməlidir?

Lütfən, əvvəlki illəri və əvvəlki rəhbərliyi hədəf göstərməyin. Çünki artıq təhsildə yüksək keyfiyyət və uğurlu nəticələr əldə etmək üçün rəhbərlik etdiyiniz müddət yetərlidir..

Problemlərə yanaşma tərziniz yüksək keyfiyyət və uğurlu nəticə baxımından bütövlükdə təhsilimizin inkişafına görəvli olan Sizin pedaqoji məharətinizin arzuolunan səviyyədən çox, özü də çooox aşağı olduğunu ortaya qoyur...

Regionlarda yaradılan ali təhsil müəssisələrinin "hazırladıqları" "pedaqoqlar"ın tam əksəriyyəti savadsız kadrlar buraxmaqdadır. Elə haqqında danışdığımız Yardımlı rayonunun müəllimlərinin tam əksəriyyəti bir neçə il bundan öncə "keçirilən qiymətləndirmədə sıfır bal toplamışdı" xəbəri də deyilənlərin bariz nümunəsidir.

Savadı, məntiqi, pedaqoji bacarığı "sıfır bal"la qiymətləndirilən Yardımlı rayonundan olan "Astara kollecini bitirən müəllimlər" deyildi, cənab Emin Əmrullayev!

O "sıfır bal"ı toplayan Siz təhsil naziri Əmrullayev Emin və Sizin idarəetməyə gətirdiyiniz yeni qurum olan LARTİ və LARTİ timsallı qurumların rəhbərliyi idi...

Bu gün təhsilimizin bütün yükü repititorların çiyinlətində və bir qarnı ac, bir qarnı tox olan valideyinlərin qabarlı əllərindədir. Sizsə hazır aşın dik qaşığısınız, cənab Emin Əmrullayev...

Qərbin texnologiyasını, metod və vasitələrini təhsilimizə tətbiq edə bilmədiniz, heç olmasa ən azından sovet sistemindən yaddaşlarda qalan təhsilə nəzarət mexanizmini işə salın. Görün bu LARTİ nə işlə məşğuldur?

Bu millətin təhsilini məhvə sürükləməklə varoluşumuza qənim kəsilməyin, cənab nazir.

Dinləyin ağsaqqal pedaqoqları, öyrənin onların təcrübəsini. Qərb metodlarına can atmazdan öncə müəllimin yaşam tərzini, onun təminatını qərbli müəllimlərin təminatlarıyla bərabərləşdirin, sonra tələb edin. Yardımlı təhsilinin bugünkü acınacaqlı halı əslində bütün Azərbaycan həqiqətləridir. Yetər ki, bunu görmək üçün təhsilimizə bəsirət gözüylə baxasınız...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr