SABİR RÜSTƏMXANLI həqiqətləri və gələcəyimizin minalarını görməyən gözlər

Manset / Yazarlar 10-may, 10:269 tv713 9 0




Nəsimi Şərəfxanlı



Cəmiyyətə, dövlətə, millətə fəaliyyətinin heç bir növü ilə xeyir verməyən insanlar var ki, yararsızlıq və bekarçılıq onları sosial şəbəkələrdə özlərindən gündəm yaratmağa, bu yolla "mən də varam" özünü aldanışa yuvarlanmağa vadar edir. Belələri bəzən də başqalarının fikrini təftiş etmək, yanlış təqdimatla səs küy yaradır, gözləyirlər ki, onlara cavab verilsin. Elə bu səbəbdən bəzən onlara cavab verilmir və zənn edirlər ki “samanlıq seyranlıq olub”. Amma elə məqamlar da var ki, gərək susmayasan, çünki ya saymamazlıqdan, ya anlamamazlıqdan milli maraqlar baxımdan təhlükəli məqamları “həqiqət aşiqi politoloq” kimi dilə gətirirlər.

Demək parlamentin son iclasında millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki seçkilərlə bağlı danışıb ötən seçkilərdə Azərbaycanda olan Türkiyə vətəndaşlarının 25 faizdən çoxunun HDP-yə (Xalqların Demokratik Partiyası) səs verməsindən narahatlığını ifadə edib. Sabir bəyin “Azərbaycanda yaşayan HDP dəstəkçiləri ilə bağlı araşdırmalar aparılmalıdır. Aşkara çıxarılmalıdır ki, terrorçuları kim dəstəkləyir. Təklif edirəm ki, HDP-çiləri dəstəklələyən kəsimi bizim xüsusi mühafizə orqanları nəzarətdə saxlasın” – fikri kimlərinsə kürkünə birə salıb. Adamlar o qədər uzağa gediblər ki, bu ölkənin Milli Azadlıq Hərəkatında, Suverenlik və Müstəqillik aktında əvəzolunmaz imzası olan fikir müəllifini az qala siyasi savadsızlıqda ittiham etsinlər. Bəs deməyəsən HDP Türkiyədə qeydiyyatdan keçmiş partiyadır və ona səs verməyə görə kimisə nəzarətə götürmək, hətta bu mövqeni dartışmaq belə olmaz. Sizin polotoloji və tarixi savadınıza ... “əhsən”! İllərlə can qoyduqları partiyada 3 səs yığa bilməyib bir milyonluq Meydanı idarə edən liderə nəyi irad tutduğunuzun fərqindəsizmi?! Adam qeydiyyatdan keçmiş yox eee, Sovetlər kimi imperiyanın idarəçi təşkilatı olan Kommunist Partiyasına meydan oxuyanda hələ “partiya” sözünü tələffüz edə bilmirdiz. HDP-nin PKK teror təşkilatının siyasi qolu olduğu bəlli, PKK-nın Azərbaycan düşməni, erməni yanlısı olmağı da bəlli. İndi Türkiyədə qeydiyyatdan keçmiş, seçkiyə qatılmaq hüququ qazanmış olsa belə Azərbaycanda bu təşkilatın bunca tərəfdarının (Türkiyədə 13 faiz, Azərbaycanda 25 faiz!) olması doğurdanmı bu qədər normaldır? Heçmi düşünmədiniz bu şəxslərin bir hissəsi burda restoran və tikinti biznesi ilə məşğuldur və bu biznesdən gələn gəliri PKK-ya ötürülüb ötürülməməsi gerçəkdən araşdırılmalı və nəzarət altına alınmalıdır?! Sabir Rüstəmxanlı elə həmin parlamentdə “Azərbaycan PKK-nı terror təşkilatı kimi tanımalıdır!” tələbi irəli sürəndə də eyni mövqedə idi, bu gün də. İran adlanan ölkənin sizin təbirinizcə desək “qanuni, qeydiyyatdan keçmiş” ali dini rəhbərinə məşhur məktubunu yazanda da eyni mövqedə idi, bu gün də. Bakıda mədəniyyət mərkəzi və digər leqallaşmış adlar altında İranın kəşfiyyat şəbəkəsi fəaliyyət göstərirdi. İndi bunlar ifşa olunur. Amma illər öncə Sabir Rüstəmxanlı onlara adı ilə “terror və təxribat yuvaları” deyəndə belə çıxır ki, siyasi savadsızlıq göstərib, amma siz müdrikcəsinə susmusuz və gözləmisiz ki, bu gün xora qoşulub eyni mahnını oxuyasız?! Haqq bildiyini susmaq, milli yol üçün vacib bildiyini deməmək siyasi peşəkarlıq deyil. Bu da bir peşədir, amma qədimdən gələn adı başqadır.

Bütün bunları millətimizin, dövlətimizin gələcəyinə yönəlik minalardan birinin koordinatının dəqiq göstərildiyi üçün yazdıq. Yoxsa sovet və fars-molla rejiminin haqqında ölüm hökmü verdiyi, xalqın duası və sevgisinin qoruduğu Sabir Rüstəmxanlının müdafiəyə ehtiyacı yoxdur. Onun öz sözü ilə desək “mənim taleyim Bakı küləyidir, böhtançıların tüpürcəklərini öz üzlərinə yaxır… “
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr