Nəticələr daha tez açıqlana bilər - Yenər
Mayın 14-də həm prezident, həm də 24 partiyanın qatıldığı parlament seçkisi idi. İndi isə sadəcə prezidentliyə namizədlər yarışdığı üçün nəticələrin daha tez ortaya çıxacağını düşünürük.
Tv 713.az xəbər verir ki, bunu Türkiyə Ali Seçki Qurumunun sədri Əhməd Yenər deyib.
“Saat 17:00-da (Bakı vaxtı ilə 18:00) toplantı keçirib qadağanın nə vaxt ortadan qaldırılacağını müəyyən edəcəyik. Qadağa tez götürülsə, TV-lər daha tez yayıma başlayacaq. Qərarı sizinlə paylaşacağıq”, - Yenər bildirib