Tehrandan Kremlə cavab zərbəsi

Dünya / Manset 19-iyl, 13:429 tv713 1 0


İran bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət edir və müharibənin danışıqlar yolu ilə başa çatmasını vacib sayır.

Tv 713.az xəbər verir ki, bu sözləri İranın XİN başçısı Hüseyn Əmir Abdullahian deyib.

Abdullahianın qəfildən Ukraynanın ərazi bütövlüyünü İranın tanımasını bəyan etməsinin səbəbi isə təsadüfi deyil. Abdullahian məhz bu açıqlamasında Rusiya və ərəb ölkələrinin Moskva bəyanatına diqqət çəkib. O, Rusiyanın İrana qarşı bənd olan yekun bəyannaməyə imza atmasından narazılığını bildirib.

Sənəddə İranın özününkü hesab etdiyi Hörmüz boğazında yerləşən üç ada (Əbu Musa, Böyük Tunb və Kiçik Tunb) ətrafında mübahisənin həlli ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsünə dəstək ifadə olunub.

“Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra Rusiya tərəfdən aydınlaşmalar oldu, lakin biz bunları yetərli hesab etmirik və Rusiya və ya hər hansı digər tərəfin İranın ərazi bütövlüyü ilə bağlı bu praktikasının təkrarlanmasını qəbul etmirik”, - Abdullahian deyib.

Abdullahian əslində bununla Ukraynanın ərazi bütövlüyünü vurğulamaqla, Rusiyadan qisas aldığını birbaşa ifadə edib.

Xatırladaq ki, Moskvada Körfəz Əməkdaşlıq Şurasının 6-cı strateji toplantısının bəyanatında Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğu bildirilib. Bununla bağlı İranla ikili danışıqların aparılması, yaxud beynəlxalq qanunlara və BMT-nin nizamnaməsinə əsasən Beynəlxalq Ədalət Məhkəməsi vasitəsi ilə münaqişənin həll olunması dəstəklənib
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr