Dəhşətlər yığnağı - məmləkətim!
İGİD TEYMURLU
İnsanın öz gözündə balacalaşması dəhşətli bir şeydi...
İnsanın öz dövlətinə güvənə bilməməsi dəhşətli bir şeydi....
Mən də Vidadi müəllimi səhnədə deyil, "malyar" kimi min bir zillətlə formalaşdırdığı teatr binasını təmir edərkən görəndə öz gözümdə balacalaşdım, hər şeyə və hər kəsə güvəncim sarsıldı!!!
VİDADİ MÜƏLLİM KİMİ BİR AKTYORun yaratdığı teatrı yaşatmaq üçün onlara DOSTLAR tərəfindən verilən yerin "malyar" işini görməsinin şahidi olmaq dəhşətli bir şeydi!!!
A Allah evinizi yıxsın, Vidadi müəllimin potensialını siz beləmi qiymətləndirirsiniz!?.
Budurmu Sizin inkişafınız, budurmu Sizin inkişafa meyilliliyiniz!?
"Malyar" işinə sərf etdiyi zamanda belə bir AKTYOR gör nələr yaradardı!!!
BUNA SİZ İMKAN VERMƏDİNİZ VƏ VERMİRSİNİZ DƏ!!
Heyif, çox heyif, belə SƏNƏTKARLARın potensialından yetərincə istifadə edə bilməməyimizə!!!
SİZ BU MƏMLƏKƏTİ DƏHŞƏTLƏR YIĞNAĞINA ÇEVİRMİSİNİZ, FƏRQİNDƏSİNİZMİ!?