Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir

İqtisadiyyat 14-may, 18:179 xebertv 341 0
Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir


Yelo Bank 15 may 2020-ci il tarixindən kuryer xidmətlərinin göstərilməsinə dair açıq tender keçirir.

Ötən illərdə olduğu kimi, bank təchizatçının bir il müddətinə yenilənməsində maraqlıdır.

1.1 Müsabiqənin predmeti Azərbaycanın hüdudlarında və xaricdə sənədlərin kuryer çatdırması üzrə xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanması haqqında ən yaxşı təklifdir. Təchizatçının seçilməsində əsas meyarkar aşağıdakılardır:

1) qiymət

2) Bakının rayonları və Azərbaycanın regionları üzrə piyada, avtomobillə və motosikletlə kuryerlərin olması

3) korrespondensiyanın çatdırılmasının sürəti

1.2 Sizdən yuxarıda göstərilən imkanların əks olunduğu təklifi hazırlamağı və 22 may 2020-ci il 18:00 qədər təklifi Yelo Bankın İdarə Heyəti sədrinin adına “Kommersiya təklifi: kuryer xidmətləri - AÇMAQ OLMAZ” qeydi ilə möhürlənmiş zərfdə bankın baş ofisinə (Bakı şəhəri, Puşkin küçəsi 30) təqdim etməyinizi xahiş edirik.

1.3 1.2-ci bənddə göstərilən üsuldan fərqli olan müsabiqə təkliflərinə baxılmır.

1.4 1.1-ci bənddə göstərilən tələblərdən fərqli olan müsabiqə təkliflərinə baxılmır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr