AZƏRBAYCAN ORDUSUNUN TÜKƏNƏN SƏBRİ

Aktual / Manset / Yazarlar 09-sen, 20:589 tv713 17 0




İGİD TEYMURLU

ŞAHRAMANYANIN DİLİYLƏ DANIŞAN ERMƏNİ SEPARATİZMİ VƏ ONUN HAVADARLARI





Günaydın, Azərbaycan! Separatçı rejim indi də səhnəyə Araikin yerinə Samvel Şahramanyanı çıxardı. Xankəndidə təşkil olunan şouda Şahramanyanın səsləndirdiyi təxribatçı və pozucu iddialar əslində erməni separatçılarının və onların havadarlarının sərsəm düşüncələrinin məhsuludur...

Şahramanyanın "Dağlıq Qarabağa status verilməlidir, danışıqlarda Dağlıq Qarabağ subyekt kimi iştirak etməlidir, çoxtərəfli, yaxud ikitərəfli danışıqlarda beynəlxalq vasitəçilər olmalıdır, Laçın dəhliz kimi fəaliyyət göstərməlidir" kimi sərsəmləməsi deməyə əsas verir ki,

ERMƏNİ SEPARATİZMİNİN LİDERLƏRİ VƏ ONLARIN HAVADARLARI ARTIQ AZƏRBAYCANIN DÖYÜŞDƏ ŞİMŞƏK KİMİ ÇAXAN ƏSGƏRİNƏ BAŞQA ÇIXIŞ YOLU QOYMADI...

DƏMİR YUMRUQdan sonra siyasi, hərbi, iqtisadi, psixoloji nokauta düşən erməni separatizmi artıq öz həyasızlığının pik nöqtəsindədir. Azərbaycan ordusunun nümayiş etdirdiyi səbr separatçı ünsürləri və onların havadarlarını əməlli başlı quduzlaşdırıb. Və azğınlaşmış, quduzlaşmış qüvvələrin gözləri qızdığından fərqində deyillər ki, bu gün Azərbaycan ordusu özünün döyüş qabiliyyətinə görə nəinki Cənubi Qafqazda, bütövlükdə bölgədə söz sahibidir.

1988-ci ildən üzü bu yana hər gün inkişaf etməkdə olan Azərbaycan ordusu müharibənin 1992-1993-cü il fazasında belə demək mümkünsə, rus və erməni birləşmələri qarşısında əliyalın dayanmışdı. Ancaq buna baxmayaraq erməni separatçıları və onların havadarlarının cızdıqları "Quzey Azərbaycanın 4 yerə parçalanması və həmin ərazilərdə digər erməni vilayətlərinin yaradılması" planını alt-üst edən həmin əliyalın Azərbaycan ordusu oldu. Sonradan bütün parametrlər üzrə böyük sıçrayışla gücünü artıran ordumuz 44 günlük savaşda bunu əyani olaraq tam şəkildə ortaya qoydu. Məhz həmin güc, ordu ilə xalqın birliyi, həmrəyliyi düşməni qısa bir müddətdə tarixi torpaqlarımızın tam əksər hissəsindən İTİ QOVAN KİMİ sıxışdırıb çıxardı..

Bütün bunlara baxmayaraq erməni separatçıları hələ də ağıllanmaylblar. Dövlət olaraq ətrafımızda hürüşən itlərin quduzluğu Azərbaycanı dünyanın ən modern silahlarına sahib çıxmağa sövq edib. Bu gün Azərbaycan əsgəri yeni nəsil texnoloji imkanlara malik silahlarla davranan, yüksək fiziki və psixoloji hazırlığa malik olan döyüş maşınıdır.
Azərbaycan ordusunun səbrini daşdırmaq öz ölüm aktına imza atmaqdır.

UNUTMAYIN: Komandanın əmrini gözləyən boz qurdların döyüş taktikasına sahib Azərbaycan ordusunun Göyçə gölünün isti sularında öz susuzluğunu yatırması an məsələsidir. Bunu nəinki erməni separatçıları, bütövlükdə Ermənistan və onların havadarları da bilməlidir!

İndi "cəhənnəmə gedən status" eşqinə düşən Şahramanyanın da qulağının dibi deyəsən DƏMİR YUMRUQ istəyir. 44 günlük savaşdan sonra erməni separatizmi əldə etdiyi Fransanın, Hindistanın, İranın silahlarını Hərbi Qənimətlər Parkında görmək üçün Şahramanyanın timsalında deyəsən yamanca darıxıb...
GÜNAYDIN, AZƏRBAYCAN ORDUSU!
QARABAĞ DA, ZƏNGƏZUR DA AZƏRBAYCANDIR!
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr