11 sentyabr terrorundan 22 il ötür

Dünya / Manset 11-sen, 06:439 tv713 2 0




Bu gün Əl Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu York şəhərindəki əkiz qüllərə və Vaşinqtona qarşı həyata keçirilən silsilə terror aktlarından 22 il ötür.

Tv 713. az xəbər verir ki, yerli vaxtla saat 08:46-da "Amerikan Airlayns" (Amerika Hava Yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Həmin qüllələr təyyarə hücumuna qarşı davam gətirmək üçün kifayət qədər möhkəm tikilmişdi. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da terrorçuların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Hücumdan sonra Corc Buş administarsiyası Üsamə Ben Laden və Əl Qaidə təşkilatının ədalətə təslim olunması və digər terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün terrorizmlə mübarizə elan etdi. Bu mübarizə terror törədən dövlətlərə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etmək, qlobal ciddi nəzarət və kəşfiyyatı artırmaq məqsədlərini hədəfləyirdi. Bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə - əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması və dünyada intensiv anti-islam təbliğatının aparılmasına bəhanə oldu.

Bundan əlavə, bu terror aktlarından sonra Qərb aləmində müsəlmanlara qarşı nifrət zəminində müxtəlif səpkidə hücumlar başlandı.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr