"YARADICI İNSANLAR" VƏ "ÇÖRƏK" NÖVBƏSİ

Manset / Yazarlar 29-dek, 14:359 tv713 14 0







İGİD TEYMURLU



SEYRAN SƏXAVƏTƏ



"Xalq Tv"-nin aparıcısı, dəyərli jurnalist ANAR TURANın yazıçı SEYRAN SƏXAVƏTlə olan müsahibəsi də digər müsahibələri kimi maraqlıdır...

Təşəkkürlər həm Anar bəyə, həm də Ağsaqqal Yazıçımıza!

AMMA BİR MƏSƏLƏ VAR Kİ, NÜTLƏQ DEMƏLİYƏM...

Dinlədiyim müsahibəni bəlli bir hissədə saxlayıb fikrimi bildirmək istəyirəm. Bilmirəm nə dərəcədə haqlıyam və bu, heç umurumda da deyil. Ağsaqqal Yazarımızın "Qarabağ Haqqında" əsərlərin yazılma zərurətinə olan münasibəti kökündən yanlışdır. Yazıçımızın fikriylə desək, bu, müharibə mövzusu, müharibə məsələsi idisə və belə də idi, Tanrıya min şükür, bunu Azərbaycan Əsgəri öz dəmir yumruğuyla həll etdi. Amma bu, heç də ona dəlalət etmir ki, bu konuda yazıçılarımız sussun. Zatən bəlalarımızın kökündə dayanan amillərdən biri də elə budur ki, türklər öz tarixlərini demək olar ki, yazmayıblar. Və UNUTQANLIQ bizi haldan hala salıb. Baxın: qondarma "erməni soyqırımı"yla bağlı ermənilərin Seyran Səxavət timsallı yazıçıları, Cəmil Həsənli kimi tarixçiləri ötən əsrin əvvəlllərindən ta ötən əsrin 90-cı illərinə qədər verilən informasiyalara istinad etsək, "100 minə yaxın kitab" yazıblar, dünyanın aparıcı dillərinə tərcümə edilib bu. Amma biz ötən əsrin mart soyqırımıyla bağlı təkcə M.S.Ordubadlının "Qanlı illər" kitabından, Ü. Hacıbəylinin bəzi yazılarından ancaq oxuyuruq.

O dövrdə minlərlə yaradıcı İnsanımız olub. Bəs nədən yazmayıblar. Bax beləcə Seyran Səxavət kimi yanaşıblar məsələyə. Və onlar üçün "gələcək nəsil" olan bizlər də xəbərsiz olmuşuq əsil həqiqətlərdən...

Olmaz belə...

Deyəcəyim bütün Yaradııcı İnsanlara aiddir: belə mövzuların işlənilməsi, tarixin yaddaşına köçürülməsi üçün Şəhadət Barmağının Göstərişinə ehtiyac yoxdur! Əslində bu kateqoriyadan olan "yazarlar" bu konuda yazmamaqla dolayı deyil, birbaşa unutqanlığı təlqin edirlər bu millətə. O cümlədən, Seyran Səxavətə də aiddir bu sözlər.

İnanıram ki, günü bu gün Ali Baş Komandan bu konuda əsərlərin yazılmasına azacıq belə işarə edərsə elə başda dəyərli yazıçımız Seyran Səxavət olmaqla bütün "yaradıcı insanlar"ın hamısı "çörək" növbəsinə dayanacaqlar...

Deyəsən biz bütün hallarımızla maraqlıyıq. Hər kəsə sayğılarla - həm Anar Turana, həm də Seyran Səxavətə. Və hər bir sayğının öz "nədən"i var...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr