Fuad Əliyev vəzifəsinin icrasını dayandırdı

Aktual / Siyasət / Manset 10-yan, 13:389 tv713 24 0



Növbədənkənar Prezident seçkisinə namizədliyi qeydə alınan Fuad Əliyev Müstəqil Həmkarlar Birliyinin (MHB) sədrliyi vəzifəsinin icrasını dayandırıb.


Tv 713.az saytı xəbər verir ki, bu barədə Seçki Qərargahının rəhbəri Xəzər Teyyublu bildirib.



X.Teyyublu qeyd edib ki, 09 yanvar 2024-cü il tarixli qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Əliyev Fuad Ağasi oğlu namizəd kimi qeydə alınıb.



10 yanvar 2024-cü il tarixindən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınan Fuad Ağasi oğlu Əliyev Müstəqil Həmkarlar Birliyin İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrasını ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.



Fuad Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb.



Müstəqil Həmkarlar Birliyin İdarə Heyətinin qərarına görə sədr müavini Əhməd Rəhmanov seçki müddətində sədrin səlahiyyətlərini həyata keçirəcək.

Müşfiq Rəhimov
Tv 713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr