Rusiyaya raket daşıyan gəmi Xəzər dənizində...

Aktual / Manset 12-sen, 14:089 tv713 3 0




İranın ballistik raketlərini daşımaqda şübhəli bilinən Rusiya gəmisi sentyabrın 4-də Xəzər dənizindəki Həştərxan şəhərinin Olyada limanında görüntülənib.

Tv 713. xəbər verir ki, bu barədə CNN telekanalı Mikser Texnologiyalar Şirkətinin peyk görüntülərinə istinadən məlumat yayıb.

Bildirilib ki, ballistik raketlər daşımaqda şübhəli bilinən yük gəmisi sonuncu dəfə avqustun 29-da İranın Əmirabad limanına yanaşıb və sonra izləmə sistemini söndürüb.

ABŞ-ın Maliyyə Nazirliyi isə sentyabrın 10-da Rusiya Müdafiə Nazirliyinin İrandan Rusiyaya yaxın mənzilli ballistik raketlərin daşınması üçün “Port Olya 3” gəmisindən istifadə etdiyini açıqlayıb.

“2024-cü il sentyabrın əvvəlində Rusiya İrandan yaxın mənzilli ballistik raketlərin ilk partiyasını aldı”, - nazirlik bildirib və “Port Olya 3” gəmisinə, eləcə də digər gəmilərə və bir neçə İran vətəndaşına qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Peyk görüntüləri ABŞ Dövlət katibi Entoni Blinkenin Londonda Vaşinqtonun İranın Rusiyaya “Fateh 360" ballistik raketlər göndərdiyinə inandığını və yaxın həftələrdə onlardan ukraynalılara qarşı istifadə ediləcəyini söyləməsindən bir gün sonra yayımlanıb.

“Fateh 360” raketi 120 km-ə qədər uçuş məsafəsinə malikdir və 150 ​​kq partlayıcı yük daşıya bilir. Partlayıcı çəkisi bir çox Rusiya aviasiya bombalarından az olsa da, o, Ukraynanın cəbhə xəttindəki mövqelərini uzaq məsafədən hədəfə almaq üçün effektlidir və ballistik xüsusiyyətlərinə görə onun qarşısını almaq çox çətindir(axar.az).
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr