Blinken bəyanat yayıb

Siyasət / Manset 26-sen, 23:289 tv713 4 0



ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda keçirilən görüşünə dair bəyanat yayıb.

Tv 713.az xəbər verir ki, bəyanatda Dövlət katibi Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir edib:

"BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində bu gün Nyu-Yorkda dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüş keçirib. Blinken hər iki naziri Azərbaycan və Ermənistanı davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir edib, sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı tərəqqisini təşviq edib. Dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğulayıb".

Qeyd edək ki, bu gün ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr