“Toya 14 minə gedirsiz, niyə camaata yardım etmirsiz?” - Rəqsanə müğənnilərə səsləndi

Şou 13-apr, 09:499 xebertv 159 0
“Toya 14 minə gedirsiz, niyə camaata yardım etmirsiz?” - Rəqsanə müğənnilərə səsləndi


“Müğənnilərin əlinə şans düşüb. Biri eyvanda, digəri divanın üstündə mahnı oxuyur. Mahnı oxumaq, konsert vermək vaxtıdı? Hamı bilir ki, bu xəstəlik yayılıb. Hamı evdə qalmalı, əl sabunlanmalı, maska taxılmalıdı. Bunu hamı bilir də... İnsanlara kömək edin”.

Bu sözləri müğənni Rəqsanə İsmayılova instaqramda canlı yayıma bağlanarkən qeyd edib.

Uzun illərdir Rusiyada yaşayan ifaçı həmkarlarının karantin rejimindəki fəaliyyətini tənqid edib. Rəqsanə qeyd edib ki, sənətçilər sosial yardıma ehtiyacı olanlara yardım göstərmirlər:

“14-15 min dollar toy pulunuzdan 1 qəpik də enmirsiz. İndi niyə camaata yardım etmirsiz? Qeyrətinizi göstərin! Mən artıq dostlarımdan pul istəməkdən, kömək üçün yalvarmaqdan utanıram. İnsanlarımız üçün bunu edirəm. Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti pisdir, çatdıra bilmirik.

Bu gün hər kəs bir olmalıdır. Niyə kor qalıb gözlərinizi yummusunuz? Milyon nəfər var ki, toylarında çıxış etmisiz. Zəng vurmaq çətindir? Hələ çətin vəziyyətdə instaqramda yemək görüntüləri paylaşırsız. Ərzaq yardımı kənara qalsın, burada körpə və uşaqlar var ki, koronavirusa yoluxanlarla bir evdə qalır”.

Qeyd edək ki, R. İsmayılova 893 ailəni ərzaq və qida ilə təmin edib.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr