"Sülh sazişindən bu bənd çıxarıldı "

Aktual / Siyasət / Manset 06-dek, 14:499 tv713 11 0




Ermənistanın müxalif deputatları Azərbaycan və Ermənistan sülh müqaviləsinin bəzi detalları ilə tanış olub.


Tv713.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan deputat Anna Qriqoryan deyib.

Onun sözlərinə görə, 2023-cü ilin dekabrında erməni deputatlar müqavilə layihəsi ilə tanış olmaq üçün Xarici İşlər Nazirliyinə müraciət ediblər.

Qriqoryan bu gün keçirilən brifinqdə qeyd edib ki, keçən ilin sülh sazişi variantında ermənilərin Qarabağa qaytarılması ilə bağlı bir bənd var idi. Lakin bu məsələ gündəmdən çıxarılıb.

Qriqoryan bildirib ki, keçən ilin müqavilə mətni variantında azərbaycanlıların Ermənistana qaytarılması ilə bağlı məsələ formulə edilməmişdi:

“Lakin nəzərə almaq lazımdır ki, bu müddət ərzində müqavilə layihəsi dəfələrlə redaktə edilib və dəyişdirilib. Bunun bariz nümunəsi keçən ilin variantında olan kommunikasiyaların açılması məsələsidir. Bu məsələ sonradan müqavilədən çıxarılıb və əlavə müzakirəyə saxlanılıb”.

Deputatın fikrincə, eyni uğurla müqaviləyə azərbaycanlıların Ermənistana qaytarılması məsələsi də əlavə edilə bilər
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar