DSMF-də niyə “artıq vəsait” qalmalı, xərclənməməlidir?
Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transferin azalması çox müsbət haldır. Hesab edirəm ki, növbəti illərdə bu transfer ümumiyyətlə olmayacaq.
Tv 713 .az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib.
O, eyni zamanda bildirib ki, artıq vəsaitin qalması anlayışı ilə razı deyil:
“Əgər büdcədən vəsait ayrılıbsa, xərclənməlidir. Artıq vəsaiti saxlamaq yox, xərcləmək lazımdır”.
Deputat qeyd edib ki, əlilliklə bağlı problemlər kifayət qədərdir.