RUSİYANIN YIRTIĞI VƏ PAPUQAY DƏSTƏSİ...

Aktual / Cəmiyyət / Manset / Yazarlar 30-dek, 21:109 tv713 20 0


İGİD TEYMURLU



BİR DƏ PUTİNİ GÖZLƏYƏN AQİBƏT




PAPUQAYLAR sıraya düzülüb. "Siyasi şərhçi", "politoloq", "hərbi ekspert" qismində gecə gündüz rus faşizminin beynəlxalq Konvensiyaları heç kimə və heç nəyə baxmadan tapdalamasına don biçirlər. Rusiyanın bütün ayıbları çöldə qalıb, yırtığı yamaq götürən deyil, əlləşməyin! Bu imperiya addım-addım öz məhvinə doğru gedir. Putini də Oliver Kromvelin aqibəti gözləyir - gələcək nəsil bu faşistin sümüklərini də olsa qəbirdən çıxarıb dar ağacından asacaq...

Təyyarəmizi vurduğuna və enişə icazə vermədiyinə görə Putin harada və necə üzr istəyib, əfəndilər?

Putin Rusiya səması üzərində sərnişin təyyarəsinin qəzaya uğramasına görə təəssüfləndiyini bildirir və bir az da diplomatik bicliklə məhz buna görə üzr istəyib dünyanı barmağına dolayır.

Şərəfsiz ruslar hətta dəniz üzərində CPS-i belə bağlayıblar ki, təyyarənin dənizə düşdüyü yeri müəyyən etmək mümkün olmasın. Bu, bütövlükdə insanlığa qarşı düşünülmüş cinayətdir....

Nəyin bahasına olursa olsun bəşəriyyət rus faşizmini darmadağın etməlidir!.

Təyyarəmizi vurduğuna və enişə icazə vermədiyinə görə Putin üzr istəməyibsə, onda saytlardakı, televiziyalardakı mərəkə nədir belə? Bu, milləti dolamaq və xoruza dana deməkdən başqa bir şey deyil, əfəndilər...

Bir neçə gün öncə Peskovun aşağılayıcı münasibətindən sonra Putinin məlum tərzdə verdiyi açıqlama yenə də onun yuxarıdan aşağıya baxma ambisiyasını ortaya qoydu. Bu konuda hanı Azərbaycanın ultimativ ritotikası?

Trolların yaratdığı görüntüyə istinad etsək, Azərbaycan sanki dizini yerə qoyub yalvarır ki, ay Putin, səni baloun canı, bizə bir xoş söz de. Mətbuat da bu konuda sırınan eybəcər kodeksin qul və qaravaşı...

Axı bu mətbuat yedəkdə getməkdən nə zaman qurtulacaq?! Qınayan olmasa Putinin məlum açıqlama verdiyi günə bir status verər və mətbuat da bunu gecə-gündüz təbliğ edər. Ayıbdı, vallahi, ayıbdı. Yetmədimi mətbuatı MƏTBU AT timsalında para sahiblərinə çapdırmağınız, əfəndilər?!!!

Rusiyanın faktı ört-basdır etmək cəhdlərini “quşla toqquşma”, salonda “balon partlaması” kimi arqumentlərini dövlət başçısı İlham Əliyev apaydın bir mətnlə “cəfəngiyyat”, “açıq-aydın faktı inkar etmək və gözdən pərdə asmaq cəhdi" olaraq "ağılsızlıq, vicdansızlıq" kimi dəyərləndirdi.

Və cənab İlham Əliyev Rusiyaya konkret 3 şərtin olduğunu, bunun artıq Kremlə çatdırıldığını da bildirib. Nədir bu 3 şərt?

1. Təyyarəmizi vurduğuna və enişə icazə vermədiyinə görə Rusiya Azərbaycandan üzr istəməlidir!

2. Rusiya Azərbaycanın sərnişin təyyarəsini vurduğuna və vurduğu təyyarəyə eniş vermədiyinə görə öz günahını etiraf etməlidir!

3. Rusiya insanlığa qarşı törətdiyi cinayətə görə günahkarları cəzalandırmalı, onları cinayət məsuliyyətinə cəlb etməli və Azərbaycan dövlətinə, zərərçəkən sərnişin, ekipaj üzvlərinə təzminat ödəməlidir!..

Çox təəssüf ki, bu istiqamətdə Rusiya, özəlliklə Putin tərəfindən əsaslı addım atılmayıb...

Elədirsə və elədir də, onda Rusiya imperiyasının yırtığına yamaq vurmağa çalışan, gerçəyi olduğu qədərində deyil, arzuolunan formatda təqdim edən "siyasi şərhçi"lər, "politoloq"lar, "hərbi ekspert"lərdən ibarət papuqaylar dəstəsi nəyin peşindədilər? Ə bu, nə düşüncədir ki, bütün faciələrimizin ssenaristi, icraçısı olan Rusiya imperiyasını hələ bir "Azərbaycanın strateji müttəfiqi" kimi, diliniz çaşanda lap "qardaş dövlət" kimi də xarakterizə edirsiniz?! Əlləşməyin və bir az da sabahı düşünün: Putin ölsə belə insanlığa qarşı törətdiyi cinayətlərə görə sümükləri qəbirdən çıxarılıb dar ağacından asılası bir qaniçəndir, Rusiya da məhvinə doğru addım-addım gedən imperiya...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar