Ölkəmizə 3 ildə neçə Rusiya və Ukrayna vətəndaşı gəlib?

Aktual / Siyasət / Manset 13-fev, 22:429 tv713 4 0





2022-2024-cü illərdə ümumilikdə 1 milyon 897 min 588 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.

Tv713.az xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, 2022-ci il ərzində Rusiyadan 446 min 712 nəfər, Ukraynadan isə 27 min 741 nəfər ölkəyə daxil olub.

2023-cü ildə isə Rusiyadan Azərbaycana gələnlərin sayında kəskin artım müşahidə olunub. Belə ki, ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 Ukrayna vətəndaşı da Azərbaycana daxil olub.

Ötən ildə isə 730 min 971 nəfər Rusiya, 36 min 144 Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr