ŞƏHİD OLAN TABOR KOMANDİRİ VƏ SƏNƏDLƏRİN “SOYQIRIMI”

Aktual / Manset / Şahidlər və Şəhidlər 04-sen, 00:549 tv713 13 0





MARAQLIDIR, DEYİLMİ?!


713 saylı taborun 1992-ci ildə Laçın və Ağdərə istiqamətlərində keçirdiyi uğurlu əməliyyatlar bütövlükdə Azərbaycan əsgərinin kökdən gələn döyüş ruhunun təcəssümü olub. Amma nə yazıq ki, o zamankı siyasi və hərbi rəhbərliyin idarəetmədəki naşılığı həmin ruhun bütövlükdə cəmiyyətimizə aşılanması istiqamətində nəinki bir iş görməyib, əksinə canını yurd uğrunda fəda etməyə hazır olan həmin oğlanların döyüş yoluna kölgə salınmış, məhz həmin yanlışlığın ucbatından bu günün özündə də 713 saylı taborun döyüşçülərinin haqları tapdalanmaqdadır. Baxmayaraq ki, Ali Baş Komandanın özü tərəfindən dönə-dönə vurğulanıb ki, "heç bir halda veteran, əlil və şəhid ailəsinin haqqı tapdalana bilməz”. Nə yazıq ki, bu gün həmin göstərişi belə görməzliyə, eşitməzliyə vuranlar var…

Şübhəsiz ki, belə məmur özbaşınalığı, belə yanaşmalar veteranlardan daha çox yetişən nəslin dövlətə olan inamını sarsıdır, dövlətlə vətəndaş arasında bir uçurum yaradır.

Əgər bu gün hansısa Şəhidin, hansısa əlilin, hansısa veteranın haqqı tapdalanırsa, onda biz hansı vətənpərvərlikdən danışa bilərik!? Əgər bu gün yetişən nəslin gözü qarşısındaca bütövlükdə keçmiş döyüşçülərin timsalında 713 saylı taborun döyüşçülərinin tam əksəriyyətinin haqqı tapdalanırsa, onda biz hansı vətənpərvərlik hissini onlara aşılaya bilərik!?


XATİRƏLƏR DÖYÜŞÇÜLƏRİN DİLİYLƏ


1992-ci ildə döyüşlərilə tarix yaradan 713 saylı taborun döyüşçüləri o laqeydliyi, o biganəliyi aradan qaldırmaq, gerçəyi olduğu kimi tarixə həkk etmək üçün keçdikləri döyüş yolunu anbaan yetişən nəslin diqqətinə çatdırmaqda israrlıdır, ki, cəmiyyətimizdə unutqanlıq oturaq hal almasın.

Hələ 1992-ci ildə Laçın koridorunu digər köməkçi qüvvələrlə tam nəzarətə götürən 713 saylı taborun döyüşçüləri buna şərait yaradan Hoçaz xatirələrini bütöv cəmiyyətə təqdim edir.


SÜLEYMAN ƏHMƏDOVUN YADDAŞINDA DEPORTASİYALARIN, SOYQIRIMLARIN İZİ VAR İDİ


...Son üç yüz illik tariximizin bütün ağrılı-acılı günləri sanki onun xarakterində cəmlənmişdi. 713 saylı taborun Şəhid komandiri mayor Süleyman Əhmədov xasiyyətcə nə qədər həlim idisə, düşmənə qarşı aparılan mübarizədə də bir o qədər qəzəbli olurdu. 3 övladını Vətənə əmanət bilib 52 yaşında döyüşə qatılan Süleyman Əhmədovun üzündə, gözündə, hərəkətlərində bir uşaq nəcibliyi, bir uşaq təmizliyi duyulurdu. Amma bütün bunların fonunda Süleyman Əhmədov döyüş əməliyyatlarında anın birindəcə dərhal qisasçı obrazında çıxış edirdi...

Azərbaycan türkünün ermənilər tərəfindən məruz qaldığı deportasiyalar, soyqırımlar, qətliamlar, o qətliamlar zamanı ermənilərin türklərə qarşı etdikləri vəhşiliklər Süleyman Əhmədovun yaddaşına ta uşaq vaxtlarından hopduğundan Cənubi Qafqazda özlərinin də təsdiqlədikləri kimi sonradan məskunlaşan (ötən əsrin sonlarında 19-cu əsrə istinadla Xankəndidə qoyduqları heykəl də buna şahidlik edir) bu mənfur qüvvələrin xislətləri ən kiçik detallarına qədər şəhid komandirə bəlli idi. Elə bunun nəticəsi idi ki, o zaman üçün digərlərilə müqayisədə hətta yaşının çox olmasına baxmayaraq, körpə balalarının göz yaşlarına belə baxmayaraq Süleyman Əhmədov düşməndən öc almaq üçün cəbhəyə yollanmışdı. Komandanlığı ona həvalə edilən 713 saylı taborun şəxsi heyətinə daxil olan könüllülərin ruhunda döyüş ruhunun çırpındığını görən Süleyman Əhmədov yaşının 50-ni çoxdan keçdiyini belə unutmuşdu. Özü də o döyüşçülər tək hərəkətlərində qıvraq və çevik idi...
Əhmədovun komandanlığı altında olan bu döyüşçülər Laçının Qorçu kəndinə daxil olanda 713 saylı tabor hələ tam formalaşmamışdı. O zaman gənc və peşəkar zabit olan Rəhman İsgəndərovun komandanlıq etdiyi 1-ci bölük tam olaraq komplektləşdirilmişdi. Məhz Rəhman İsgəndərovun peşəkar zabitə xas döyüş hazırlığı və bu bölüyə daxil olan qurd baxışlı könüllülərin döyüş hazırlığı 713 saylı taborun az bir qüvvə ilə ərazinin kəşf edilməsinə və erməni hərbi birləşmələrinin torpaqlarımızdan sıxışdırılıb çıxarılması üçün Süleyman Əhmədova əsaslı stimul verdi. Sonrakı aylarda 2-ci və 3-cü bölüyün, eləcə də ayrıca komendant bölüyünün komplektləşdirilməsi 713 saylı taborun gücünə güc qatdı. Keçirilən əməliyyatlarda tabor Laçının 42 kəndini tam olaraq ermənilərdən azad etmiş, əsas strateji yüksəklikləri ələ keçirmiş, demək olar ki, bütövlükdə bu kəndlər ətrafında olan digər əraziləri də Laçın koridoru kimi tam nəzarətə götürmüşdü...
Sonradan briqada komandanlığı tərəfindən bu ərazilərə nəzarət digər hərbi birliyə tapşırılmış, briqada komandiri, rəhmətlik Zadir Rzayevin söylədiyi kimi, “713 saylı taborun döyüşkənliyi nəzərə alınaraq bu hərbi hissənin Ağdərəyə yönləndirilməsi qərara alınıb”.
Ağdərədə də bir çox uğurlu əməliyyat həyata keçirən 713 yenidən Laçına qayıtmış və erməni hərbi birləşmələrinə sarsıdıcı zərbələr endirib.
Hoçaz kəndi və Hoçaz yüksəkliyi bir neçə qanlı döyüşlərdən sonra ələ keçirilmişdir. Məhz bu döyüşlərdən birində bütün varlığıyla Vətənə bağlı olan mayor Süleyman Əhmədov Şəhid olmuş, tabora komandanlıq 713 saylı tabora daxil olan birinci bölüyün komandiri Rəhman İsgəndərova həvalə edilmişdi...


ƏLYAZMALARIYLA 713-ÜN TAPDALANAN HAQQINA ETİRAZ EDƏN ŞƏHİD KOMANDİR




713 saylı taborun döyüş yolu yazılan xatirələrdə tam olmasa da, qismən öz əksini tapıb. Paralel olaraq Süleyman Əhmədovun özünün də qanla yazılan əlyazmalarını oxuduqca, 713 saylı taborun Laçında, Ağdərədə ermənilərlə aparılan müharibədə qazandıqları qələbə bir qısametrajlı film kimi adamın gözü önündən keçir. Əlyazmalar vərəqləndikcə adama elə gəlir ki, bu olanları canlı-canlı danışan sanki Onun Özüdür, Ruhu deyil. Bu xatirələrdə cənab mayor sanki adamla bir şövqlə danışır.

Şəhid komandirimizin yazdığı xatirələr, o cümlədən Hoçaz əməliyyatına güzgü tutulan əlyazması bütövlükdə 713 saylı taborun tapdalanan haqlarına qarşı bir etirazdır. Və bu xatirələr həm də canlı sübutlardır. Qanla yazılan o xatirələrdə Hoçaz əməliyyatına da ayna tutulub. Mayor Əhmədovun bununla bağlı yazdıqlarını bizə onun ömür-gün yoldaşı GÜLÜSTAN XANIM ƏHMƏDOVA təqdim edib.

Hoçaz əməliyyatıyla bağlı 713 saylı taborun komandiri Süleyman Əhmədovun öz xatirə kitabçasında qeyd etdiklərindən bəhs edən Şəhidimizin həyat yoldaşı Gülüstan xanım Əhmədova onu da bildirib ki, “yazılar çox kiçik yazıldığından o kitabdakıları tam şəkildə oxumaq olmur”...
Üstəlik dəyərli Gülüstan xanım bizimlə söhbətində onu da bildirib ki, “Şəhidimiz Süleyman Əhmədovun üçü verilən gün Bəsti və Qətibə xanımla birgə (adı çəkilənlər öncə 713 saylı taborun, sonradan briqadanın qərargahında işləyiblər) Müdafiə Nazirliyindən olan bir zabit evə gəlib, mayorun hərbi çantasını araşdırıb oradan hansısa sənədləri, yazıları və açarları götürüb getdilər”...

Maraqlıdır, tələm-tələsik götürülən bu sənədlərdə, yazılarda nələr yazılmışdı? O. Nə açarlar olub belə? Təəssüflər olsun ki, biz bu xanımlarla da əlaqə yaradıb o sənədlərin, o yazıların nədən ibarət olduğunu, o açarların nə olduğunu və o şəxsin kimliyini öyrənə bilmədik. Eyni zamanda Axundov parkının yaxınlığındakı evin zirzəmisində formalaşdırılan bu taborun yaranmasında iştirak edən Laçın rayonunun Pircahan kəndindən olan Zamanov Alış da onda taborla bağlı sənədlərin olmasını vurğulasa da, sonradan nə bizimlə görüşə gəldi, nə də “onda olan sənədləri” üzə çıxarmadı. Döyüşçülərdən Faiq Bəxtiyarov da onda taborla bağlı hansısa sənədlərin olmasını (nədən döyüşçüdə? – müəllif) və sonradan “hansısa məhkəmələrdə yoxa çıxdığını” vurğulamışdı...Və beləcə 713 saylı taborun sənədlərinin sanki “soyqırımı” prosesinin şahidi oluruq. Və elə həm də bunun nəticəsidir ki, bu gün Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət edəndə 713 saylı tabor və onun döyüşçülərilə bağlı məlumat toplamaq müxtəlif ziddiyyətləri ortaya çıxarır. Və elə həm də bunun nəticəsidir ki, Ağdərədə 6 Şəhid versə də, bir çox yaralısı olsa da, bu ərazidə döyüşən taborlar sırasında 713 saylı taborun adı yoxdur. Həmin Şəhidlər bu gün Şəhidlər Xiyabanında uyuyur – “Ağdərə əməliyyatlarında iştirak etməyən”, ancaq Qızılqaya uğrunda gedən döyüşdə, Vəng uğrunda gedən döyüşdə Şəhid olan 713 saylı taborun Şəhidləri! Maraqlıdır, deyilmi!?
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr