Rus ordusu olmayan şəhəri alıb

Aktual / Dünya / Manset 28-noy, 13:369 tv713 5 0







Rusiya Prezidenti Vladimir Putin Bişkekdə çıxışı zamanı rus ordusunun Ukraynada olmayan bir şəhərdə irəliləməsindən danışıb.

Tv713.az xəbər verir ki, bu barədə “Agentstvo” nəşri məlumat yayıb.

“Qırğızıstanda keçirilən mətbuat konfransında Prezident Putin Rusiya qoşunlarının Komsomolsk şəhərindəki irəliləyişlərindən danışıb. Belə bir şəhər isə mövcud deyil”, - nəşr bildirib.

Kremlə yaxın bir neçə Teleqram kanalı isə Putinin olmayan bir şəhər barədə danışmasına səbəb kimi Baş Qərargah rəisi Valeri Gerasimovun ona yanlış informasiya verməsini göstərib.

“Vladimir Putin Baş Qərargahdan, birbaşa Gerasimovdan keyfiyyətsiz bir arayış alıb və orada mövcud olmayan bir şəhərdən bəhs edilib. Bu, sadəcə olaraq biabırçılıqdır. Bunun necə baş verdiyini araşdırırıq”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Bişkekdə çıxışı zamanı Komsomolskda şəhər döyüşlərinin getdiyini və rus ordusunun irəlilədiyini bildirmişdi.

Onun olmayan bir şəhər barədə çıxışı gülüşə səbəb olmuşdu.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr