Stoltenberq Putinin "qırmızı xətti"ni ələ saldı
Rusiya Prezidenti Vladimir Putinin ölkənin dərinliklərinə zərbə endirilməsinin onun üçün “qırmızı xətt” olması ilə bağlı dedikləri sadəcə feykdir.
Tv713. az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, Kreml rəhbəri bu kimi xeyli təhdidlər səsləndirib:
“Putin bundan öncə də “qırmızı xətt” haqqında danışıb, lakin sərhədin keçilməsindən sonra (Kursk əməliyyatı – red.) Moskvadan heç bir reaksiya olmadı. Bunu etməyə cəsarət etmədi, çünki NATO dünyada ən güclü hərbi alyansdır. Bundan əlavə, Rusiya anlayır ki, nüvə müharibəsində qalib gəlmək olmaz və orada iştirak qəbuledilməzdir. Açıq şəkildə Putinə bu barədə bildirmişik”.