ADSEA ağacəkmə kampaniyası keçirib

Aktual / Cəmiyyət / Sosial / Ölkə 23-dek, 19:219 tv713 4 0





“Konstitusiya və Suverenlik İli” çərçivəsində, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dekabrın 20-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ceyranbatan Su Anbarının ərazisində “Yaşıl və sağlam gələcək naminə” devizi altında ağacəkmə kampaniyası keçirilib.

Tv 713.az ADSEA mətbuat xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, kampaniya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Yasamal, Səbail və Nəsimi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Layihə çərçivəsində ərazidə 1500 ədəd sərv və eldar şamı ağacı əkilib, əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın əsas məqsədi ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq zolaqlarının genişləndirilməsi, gənclər arasında ətraf mühitə qayğı mədəniyyətinin təşviqi, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, birlik və həmrəyliyin əyani şəkildə nümayiş etdirilməsidir.

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən bu kampaniya suveren ərazilərin yaşıllaşdırılmasına, dövlət qurumlarının ekoloji məsuliyyətinin artırılmasına və həmrəyliyin rəmzi olaraq birgə ekoloji fəaliyyətin təşviqinə xidmət edir.


Tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr