"Traktor" futbol klubu ətrafında nə baş verir?

Aktual / Siyasət / Cəmiyyət / İdman / Manset 31-dek, 09:169 tv713 2 0




Son günlər Təbrizdə yalnız futbol komandası deyil, Güney Azərbaycanın səsi və İranda Azərbaycan-türk kimliyinin rəmzi olan "Traktor" klubu ətrafında narahatlıq doğuran hadisələr və səs-küylü qalmaqallar yaşanır. Görünən odur ki, "Traktor"un parlaq nailiyyətləri, eləcə də onun keçirdiyi oyunlarda Azərbaycan milli ruhu və iradəsinin getdikcə daha aydın və gur eşidilən ifadəsi Tehranda bəlli dairələri, dəqiq desək, "iranşəhri" düşüncəsinin tərəfdarlarını ciddi şəkildə narahat edir və onlar bu səsi boğmaq üçün hər yola əl atmağa başlayıblar.

Tv713.az xəbər verir ki, bu barədə "Azad İran" Yutub kanalının yayımladığı videosüjetdə deyilir.

"İşin ən paradoksal cəhəti budur ki, özləri şovinizm və paniranizm mərəzinə mübtəla olanlar "Traktor" azarkeşlərini pantürkizmdə və separatçılıqda ittiham edirlər. Bu misilsiz həyasızlığa "Traktor" klubunun sahibi, təbrizli iş adamı Məhəmmədrza Zunuzi tutarlı bir şəkildə cavab verərək deyib:

"Biz panfarsları tanıyırıq, amma pantürk yoxumuzdur. Min ildir ki, İranı saxlayan türklərdir".

Zunuzi mənsub olduğu xalqa qarşı təhqirlərə son qoyulması üçün ən radikal addıma da hazır olduğunu bildirərək əlavə edib:

"Mən türklərin və azərbaycanlıların söyülməsi üçün pul xərcləmirəm. Bu irqçi davranışların cavabı verilməyincə, rəsmən bəyan edirəm ki, komandanı oyuna buraxmayacağam".

"Bu, onu göstərir ki, həmin panfarsların sayəsində İran futbolu idman olmaqdan çıxaraq etnik qarşıdurma və ideoloji mübarizə meydanına çevrilib. Ən dəhşətlisi isə, fars şovinizminin təmsilçiləri, necə deyərlər, öz adlarını "Traktor" azarkeşi olan türklərə qoymağa, bununla İranda türklərə qarşı uzun tarixə malik ayrı-seçkilik və aşağılama siyasətinə haqq qazandırmağa çalışırlar. Bu işdə İran idmanına rəhbərlik edən rəsmi qurumlara, o cümlədən Futbol Federasiyasına hökumət mediası və dövlət televiziyası da dəstək verir", - deyə materialda bildirilib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr