ÖMRÜN HƏRBƏ MEYDAN OLDU - BUDAQ NƏSİBOV

Aktual / Manset / Ölkə / Şahidlər və Şəhidlər 27-yan, 06:009 tv713 16 0
ÖMRÜN HƏRBƏ MEYDAN OLDU - BUDAQ NƏSİBOV





Rus imperiyasının mövcudluğu elə bir siyasi-hərbi mexanizm üzərində qurulmuşdu ki, imperiya dağılmaq ərəfəsinə çatanda onun tərkibində yaşayan xalqlar arasında münaqişələr üçün münbit zəmin formalaşırdı. Azərbaycanın üzləşdiyi Qarabağ münaqişəsinin kökləri də məhz süni mexanizmlər üzərində yaradılmış, planlı və mürəkkəb bir qarşıdurmanın nəticəsi idi.

Münaqişənin ilk dövrlərindən etibarən kəndlərdə ov tüfəngləri ilə silahlanaraq sərhəd kəndlərinin müdafiəsinə getmək istəyənlərin sayı yüzlərlə idi. Rus ordusunun qondarma fövqəladə vəziyyət şəraitində erməni silahlı dəstələrinin sərbəst şəkildə atəş açmasına, qətllər törətməsinə və yaşayış məntəqələrini yandırmasına göz yumması yerli əhali arasında qəzəb və nifrət hisslərini daha da alovlandırırdı. Dəfələrlə kəndlərdən rayon mərkəzinə gələn silahlı qruplarla rus ordusu arasında xırda, lakin gərgin insidentlər baş vermişdi.

Belə silahlı dəstələrə rəhbərlik edərək köməyə gedənlərdən biri də sonralar 713 saylı hərbi hissənin üçüncü bölüyünə komandirlik etmiş Budaq Nəsibov olmuşdur. Rayon işğal olunmamışdan əvvəl müdafiə məqsədli hərbi hissələrdə iştirak etmək üçün dəfələrlə müraciət etsə də, bu müraciətlərinə müsbət cavab verilməmişdir.

Bakıda könüllü səfərbərlik elanını eşidən Budaq Nəsibov qərargaha gedərək səfərbərlik üçün ilk könüllü yazılanlardan biri olmuşdur. Nəticədə 713 saylı taborun üçüncü bölüyünə komandirlik ona həvalə edilmişdir.

Mayor Süleyman Əhmədovun komandanlığı altında fəaliyyət göstərən 713 saylı tabor qısa müddət ərzində strateji əhəmiyyətli dəhlizin ələ keçirilməsini əsas vəzifə kimi qarşısına qoymuşdu. Komandanlığın müəyyən etdiyi düzgün hərbi-strateji xətt bu məqsədin real və icraolunan olduğunu tam şəkildə sübut edirdi.

Silahlanmanın və maddi-texniki təminatın zəif olmasına baxmayaraq, taborun şəxsi heyətində xidmət edən əsgərlərin böyük əksəriyyətinin yaşlı və döyüş təcrübəsinə malik olması ruh yüksəkliyini qoruyur, qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetiriləcəyinə tam inam yaradırdı.
Beləliklə, mayor Süleyman Əhmədovun əmrinə əsasən, üçüncü bölük B. Nəsibovun komandanlığı altında verilmiş döyüş tapşırığını qətiyyətlə icra edərək Picənis–Xacınyalı kəndini və ətraf yüksəklikləri nəzarət altına götürdü...

(ardı var)







FÜZULİ ALMƏMMƏDOV
713 saylı Taborun döyüşçüsü
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr