İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Aktual / Siyasət / Manset 31-yan, 14:069 tv713 3 0




Bütün dünya TRİPP (və ya Zəngəzur dəhlizi) layihəsinin arxasında kommunikasiyaların açılması və davamlı sülhü görür, Robert Köçəryan isə “təhlükəsizlik riskləri”ni ön plana çıxararaq, layihəni pozmaq üçün əlindən gələni etməyə fokuslanıb.

Tv713.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan deyib.

Ermənistan rəsmisinin fikrincə, TRİPP-in pozulması müharibənin başlanğıcı kimi qiymətləndirilə bilər, bu da Robert Köçəryanın rəhbərlik etdiyi müxalif qüvvələrin gizli planıdır:

“Köçəryan hansı dövlətə, kimin övladlarının qanı bahasına müharibə elan etdiyini desin? Yadına İran sərhədi indi düşüb? Bəs Mehri məsələsi (bu bölgənin Azərbaycana verilməsi) üzrə danışıqlar aparanda niyə bu barədə düşünmürdü?”

Çaxoyan xatırladıb ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı dəmir yolu xətti Robert Köçəryanın Ermənistana rəhbərlik etdiyi dönəmdə sökülüb:

“Əgər o relslər qızıldan deyildisə, niyə söküb yediniz? Sizin dağıtdığınızı biz yaradırıq, üstəlik, bir də ad qoyursunuz. Heç kim Köçəryandan soruşmur ki, bu kasıb ölkədə necə dollar milyonçusuna çevrilib?”
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr