Azərbaycan hər il bu dəhlizdən neçə milyard qazanacaq?

Aktual / Siyasət / Manset 15-fev, 23:229 tv713 11 0





Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən “Açıq dəhliz siyasəti: Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrində və eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin “Frans 24” telekanalına müsahibəsində Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) (Zəngəzur dəhlizinin) əhəmiyyəti xüsusi vurğulanıb. Bəs, Zəngəzur dəhlizi Azərbaycana nə qədər gəlir vəd edir?

Tv713.az xəbər verir ki, bu suala millət vəkili, iqtisadçı alim Vüqar Bayramov cavabında deyib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region dövlətlərinin iqtisadi inkişafına dəstək olacaq.

“Bir tərəfdən güclənən Mərkəzi Asiya və iqtisadi artımlı Çin, digər tərəfdən isə istehlak mallarına tələbi artan Avropa dəhliz vasitəsi ilə yükdaşımaları həyata keçirə biləcəklər.

İlkin qiymətləndirmələrə görə, Zəngəzur dəhlizinin istifadəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının əlavə olaraq 2 faiz və qeyri-enerji ixracatının isə illik 700 milyon dollar artmasına səbəb ola bilər. Dünya Bankının hesablamalarına görə, orta dövrdə dəhliz 50 milyard dollarlıq ticarət dövriyyəsinə şərait yarada bilər.

“Blumberq” agentliyi dəhlizdən istifadənin Avropa-Asiya marşurutu üzrə yüklərin daşınmasında 12-15 günə qənaət edilməsinə gətirib çıxaracağı qənaətindədir. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3.0 milyard dollar tranzit gəliri əldə edəcək.

Göründüyü kimi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəinki regionda, bütövlükdə qitədə yükdaşımalar xəritəsinin dəyişməsinə səbəb olacaq”, - o bildirib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr