Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir

Aktual / Dünya / Manset 31-may, 18:189 tv713 2 0




Türkiyə hakimiyyəti daha təhlükəsiz və istismarına nəzarət edilən yeni İHATTYS pilotsuz uçuş aparatı (PUA) monitorinq sistemini tətbiq edəcək.

Tv713.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, yeni sistem PUA-ları üç əməliyyat riski kateqoriyasına ayıracaq: “açıq” və “xüsusi” istifadəli, həmçinin “sertifikatlı” dronlar.

“Sertifikatlı” dronlara izdihamlı ərazilər üzərindən uçmağa və insanları və ya təhlükəli yükləri daşımağa icazə veriləcək.

“Açıq” və “xüsusi” kateqoriyalardakı dron pilotları üçün yaş həddi 16 il olacaq. İHATTYS qeydiyyatdan keçmiş dronların yerini real vaxt rejimində izləməyə imkan verəcək.

Eyni zamanda, sistem çərçivəsindən kənarda dronları idarə edən fərdlər və qurumlar əhəmiyyətli cərimələr ilə üzləşəcək.

Xaricdə qeydiyyatdan keçmiş pilotsuz uçuş aparatları üçün Türkiyədə uçuş icazəsi
istifadədən ən azı 20 gün əvvəl alınmalıdır.


Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr