Türkiyə ilə İsrail arasında münaqişə olsa...

Aktual / Siyasət / Dünya / Manset 11-iyn, 05:429 tv713 2 0




ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalist uyğun sualına cavab olaraq, Türkiyə ilə İsrail arasındakı gərginliyə münasibət bildirib.

Tv713.az Teleqraf-a istinadla xəbər verir ki, jurnalist Ərdoğanın İsrailə qarşı sərt bəyanatlarını xatırladaraq, iki ölkə arasında hərbi qarşıdurma ehtimalının olub-olmadığını soruşub. Həmçinin Türkiyəyə F-35 qırıcılarının satışının mümkünlüyü barədə də sual verilib.

Tramp suala cavab olaraq Ərdoğanı yaxın dostu adlandırıb:

“Ərdoğan mənim çox yaxşı dostumdur və biz birlikdə çox yaxşı işləmişik. Onu çox sevirəm. Bunu deməməliyəm, çünki media dərhal "Tramp Ərdoğanı sevir" deyəcək. Amma o, qeyri-adi liderdir, güclü insandır, həqiqətən çox güclü insandır".

ABŞ prezidenti Türkiyə ilə İsrail arasında münaqişə ehtimalından da danışıb:

“Belə bir şey eşitməmişəm. Eşitsəydim, ona zəng edər və hər şeyin qaydasında olduğuna əmin olardım. Türkiyə ilə belə bir hadisənin baş verəcəyini düşünmürəm. Heç olmasa, mən prezident olduğum müddətdə bu baş verməz. Çünki o mənə hörmət edir, mən də ona hörmət edirəm. Aramızda yaxşı dostluq var”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr