HAQLI SÖZÜN HƏDƏFƏ ÇEVRİLDİYİ AN

Aktual / Cəmiyyət / Manset / Ölkə / Yazarlar 27-yan, 10:479 tv713 38 0




İGİD TEYMURLU


AZƏR HƏSRƏT və SƏİDƏ BƏKİRQIZInın mövqeləri niyə qıcıq yaradır?




Son dövrlər ictimai müzakirələrdə iki fərqli mövzu ətrafında yaranan qalmaqallar əslində eyni problemin — tənqid mədəniyyətinin və milli məsuliyyət anlayışının zəifliyinin fərqli təzahürləridir. AZƏR HƏSRƏTin rus sektorunda təhsil alan uşaqlarla bağlı səsləndirdiyi fikirlərə qarşı sosial şəbəkələrdə yaranan aqressiv reaksiyalar da, aparıcı jurnalist SƏİDƏ BƏKİRQIZI ilə Rəqsanə adlı İsmayılova soyadlı mahnı oxumaq istəyən arasında yaşanan qalmaqal da bu reallığı açıq şəkildə ortaya qoyur. Halbuki doğru və dürüst fikir nə qışqırığa, nə də təhqirə möhtacdır.

Azər Həsrətin mövqeyi sadə və məntiqlidir: Azərbaycan dövlətində təhsilin əsası Azərbaycan dilində qurulmalıdır. Burada söhbət xarici dil öyrənilməsinə qarşı çıxmaqdan deyil, dövlət dilinin təhsil prosesində ikinci plana keçirilməsinin yolverilməzliyindən gedir. Rusdilli mühitin uzunmüddətli perspektivdə milli kimlik və milli-mənəvi dəyərlərlə bağının zəif olması artıq cəmiyyətdə müzakirə mövzusu yox, qəbul edilmiş faktdır. Bu reallığı dilə gətirdiyinə görə Azər Həsrətə qarşı yönələn emosional hücumların əsasən rusofillər və rus sevdalıları tərəfindən edilməsi isə təsadüfi sayıla bilməz.

Haqlı mövqeyi tənqid edərkən sosial təbəqələri hədəfə almaq, “kənddən gələnlər” kimi ifadələrlə, eləcə də o mahnı oxuyan Rəqsanənin "istəyirsən, bir günlük gəl, ərim sənə kişiliyini göstərsin" kimi insanları alçaltmaq və ya Azər Həsrətin jurnalistika fəaliyyətini “kitabxanaçı” sözü ilə istehza obyektinə çevirmək qəbuledilməzdir. İroniya naminə peşə və ya sosial mənşə üzərindən hücum etmək arqument yoxluğunun göstəricisidir. Onsuz da dəyər ixtisasla ölçülmür. Rəhmətlik Nəcəf Nəcəfov da jurnalistikanı bitirməmişdi, ay "dəcəl"lər. Bu məntiqə qalsa, mətbuatımıza söyüş, qarğış janrını gətirən, jurnalistikanı siyasətin quyruğuna bağlayan və oxunuzun bütləşdirdiyiniz Rauf Arifoğlu da ixtisasca baytardır. Nə əcəb ondan danışmırsınız, ironiyanızı sərgiləmirsiniz, ay "dəcəl" uşaqlar?!

Milli dili və milli təhsili müdafiə etmək təhqirə və ayrı-seçkiliyə haqq qazandıra bilməz. Əzizlərim, bu dövlətin dili rus dili deyil, Azərbaycan dilidir və təhsil də məhz bu dildə qurulmalıdır. Əgər kimsə övladına rus dilində təhsil verilməsini istəyirsə, bu onun şəxsi seçimidir və bunu özəl sektor vasitəsilə həyata keçirə bilər. Mən həm də mənim cibimin puluyla formalaşan büdcədən rus sektoruna pul ayrılmasına qəti şəkildə etiraz edirəm. Danılmaz fakt budur ki, rus sektorunda təhsil alanların böyük əksəriyyəti milli-mənəvi dəyərlərimizə və tariximizə Azərbaycan sektorunda oxuyanlarla müqayisədə daha uzaqdır. Rus sektorunda oxuyan uşaqların tam əksəriyyətinin düşüncə tərzi İvanın, Nataşanın düşüncə tərziylə eynidir. Bunu dədəsi, nənəsi bilinməyən rus klassikləri özləri deyiblər ki, başqa dildə alınan təhsil həmin dilin nümayəndələrinə daha bir nəfər qazandırmaqdır. Adam dəhşətə gəlir, bu məmləkətdə 360-dan yuxarı rus sektoru olan məktəbdə təhsil alan UŞAQ ÖZ ANASININ DİLİNİ BƏYƏNMİR, RUSUN DİLİNİ ANASININ DİLİNDƏN ÜSTÜN TUTUR. Azər Həsrəti də dəhşətə gətirən budur. Yox, Sizə görə bu, qəbuldursa, onda day hes zad. Haqlı fikir yalnız etik çərçivədə ifadə olunanda güclü qalır və bu mövzuda Azər Həsrət haqlı mövqe ortaya qoyur.

Eyni mənzərəni SƏİDƏ BƏKİRQIZI ilə Rəqsanə adlı İsmayılova soyadlı mahnı oxumaq istəyən arasındakı qalmaqalda da görürük. Səidə Bəkirqızının bu mahnı oxumaq istəyənin sosial şəbəkələrdə yayılan fotosessiyasına münasibəti şəxsi hücum deyil, ictimai davranışın və təqdim olunan görüntünün tənqidi idi. Bu mövqe aparıcının cəmiyyət qarşısında daşıdığı məsuliyyətdən irəli gəlir, hüquqi və etik çərçivəni aşmır və demokratik müzakirə mühitində normal sayılmalıdır.

Rəqsanə adlı İsmayılova soyadlı mahnı oxumaq istəyənin cavabı isə mövzunun mahiyyətindən yayınaraq şəxsi reputasiyaya yönəlmiş, “bir günlük gəl, ərim sənə kişiliyini göstərsin” kimi açıq-aşkar təhqir və etikadan uzaq ifadələrlə yadda qaldı. Bu cür çıxışlar nə arqumentdir, nə də mövqedir. Şəxsi hücumlar hər zaman fikir zəifliyinin ən aydın göstəricisi olub.

Nəticə etibarilə, həm Azər Həsrətin, həm də Səidə Bəkirqızının mövqeyi mahiyyətcə doğrudur və təqdirəlayiqdir. Onlar nəticələrlə deyil, səbəblərlə danışır, ictimai məsuliyyəti önə çəkirlər. Problemin özü isə bu mövqelərə verilən reaksiyaların səviyyəsizliyi, emosional və təhqiramiz müstəviyə sürüklənməsidir. İctimai müzakirənin keyfiyyəti mövzunun nə qədər həssas olmasından yox, ona necə cavab verilməsindən asılıdır. Güclü fikir nə qışqırığa, nə də təhqirə möhtacdır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr