Polad Həşimovun şəhid olmasından 6 il ötür

Aktual / Cəmiyyət / Şahidlər və Şəhidlər / Tarix / Ölkə / Manset 14-iyl, 05:429 tv713 7 0






Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrin general-mayoru, 3-cü Ordu Korpusunun komandir müavini – Qərargah rəisi Polad Həşimovun şəhid olmasından altı il ötür.

Tv713.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyev də eyni tarixdə, yəni 14 iyul 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Belə ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Bir həftəyə yaxın davam edən döyüşlərdə polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhadətə ucalıblar.

Polad Həşimov və İlqar Mirzəyev II Fəxri xiyabanda dəfn olunublar.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr