Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Aktual / Siyasət / Dünya / Tarix / Manset 29-okt, 04:169 tv713 2 0




Bu gün Türkiyə Respublikasının qurulmasının 103 illiyidir.

Tv713.az xəbər verir ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.

İki il sonra - 1925-ci ildə 29 oktyabrın türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.

Birinci Dünya müharibəsində Osmanlı İmperiyası məğlubiyyətə uğrayandan sonra ərazisi işğala məruz qaldı. Həmin vaxt Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb.

1923-cü ildən Türkiyədə parlament üsul idarəsi dövlət idarəetmə forması mövcud idi. Ölkə 2018-ci ildən prezident üsul-idarəsinə keçib.

Türkiyənin ilk Prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub.

Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası ilk dəfə 2002-ci ildə parlament seçkilərində qalib gəlib. Həmin dövrdən Türkiyənin hakim partiyasıdır.

Bu gün Türkiyə bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aktorlarından biridir. Ankara, həmçinin türk dövlətləri arasında inteqrasiyanın güclənməsində mühüm oynayır. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətdə özünü göstərir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr