Sosial şəbəkələrə giriş qadağan edildi

Dünya 13-may, 12:309 admin 75 0
Sosial şəbəkələrə giriş qadağan edildi


Şri-Lanka hökuməti ölkə ərazisində feysbuk, vatsap və viberə girişə yenidən məhdudiyyət tətbiq edib.

Beş.az "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, qərar müsəlmanlara qarşı təcavüz və hücum hadisələrinin artması fonunda qəbul edilib. Belə ki, naməlum şəxslər mayın 12-də Çilau şəhərinin qərb sahilində yerləşən məscid və müsəlmanlara məxsus mağazalara daşla hücum ediblər. Münaqişəyə səbəb feysbukda xristianlarla müsəlmanlar arasında baş vermiş söz atışması olub.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada baş vermiş 8 partlayışda 40-dan çoxu xarici vətəndaş olmaqla 253 nəfər ölüb, 521 nəfər yaralanıb. Həmin gün respublika rəhbərliyi sosial şəbəkələrdən istifadəni 10 gün müddətinə-21-30 aprel tarixlərində qadağan edib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr