Bu dünyanın anası kimdir? - Qiyamət günü haqqımızda nə şəhadət verəcəkdir?..

Cəmiyyət / Manset 10-yan, 08:299 xebertv 55 0
Bu dünyanın anası kimdir? - Qiyamət günü haqqımızda nə şəhadət verəcəkdir?..































"O, hamilə bir qadına bənzədilir ki, insanın etdiyi bütün yaxşı və pis əməlləri həmin günü bayıra çıxacaqdır və onu aşkar edəcəkdir..."

Yer – dünyanın anasıdır və bu ana Qiyamət günü dilə gəlib şəhadət verəcəkdir. Allah Təala “Zəlzələ” surəsində torpağın halından bizə xəbərlər verir ki, Qiyamət günü özünü necə aparacaqdır. Daxilində olanların hamısını bayıra tökəcəkdir. Torpaq hamilə bir qadına bənzədilir ki, insanın etdiyi bütün yaxşı və pis əməlləri həmin günü bayıra çıxacaqdır və onu aşkar edəcəkdir.

Torpaq bəşərin əvvəlindən axırına qədər həml etdiyi bütün şeyləri üzə çıxardacaq və titrəyəcəkdir. Kafirlər bu haldan təəccüb edib, heyrətə gələcəklər. Hamı Məhşər səhrasına tərəf hərəkətdə olacaqdır. O kəslərin ki, sağ tərəfinə İlahi nur düşəcəkdir, onları sorğu-sual üçün İlahi məhkəməyə aparacaqlar. O kəslərin üzü nursuzdur, yalvaracaqlar ki, onları bu səhranın qaranlığında tək qoymasınlar.

Bəli, yer hər şeyi görür və eşidir və özündə saxlayır. Ona görə də ağıl gözümüzü açaq və bu həqiqəti dərk etməyə çalışaq. (Beytutə saytı)

“Bağışlayan və mehriban Allahın adı ilə.

Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman,

Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman.

Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!» - deyəcəyi zaman.

Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar).

Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir.

O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar. Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir”.

Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir. (“Zəlzələ” surəsi, ayə 1-8)

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr