Hadi Rəcəbli seçicilərə 20 manat pul və yağ paylayır - Seçki ola həmişə...

Aktual / Sosial / Manset 27-yan, 11:279 xebertv 63 0
Hadi Rəcəbli seçicilərə 20 manat pul və yağ paylayır - Seçki ola həmişə...

74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa “əbədi” namizəd Hadi Rəcəblinin seçicilərə 20 manatdan pul və hərəyə bir qutu yağ bağışladığı xəbərləri yayılıb...

Reportyor.info-nun məlumatına görə, Lənkəranın kəndlərində seçicilərin dəstəyini və səsini almaq üçün H.Rəcəblinin seçki qərargahının üzvləri onun tapşırığı ilə bir qrup adama 20 manat və yağ hədiyyə ediblər. Bu da təbliğat kampaniyası dövründə yolverilməz haldır və seçki qanunu pozmaq kimi qiymətləndirilir. Deputatlığa namizəd seçicinin səsini qazanmaq üçün şirnikləndirici vasitələrdən istifadə edə, pul və digər qiymətli hədiyyələr paylaya bilməz. Namizəd təbliğat kampaniyasında seçicilərlə görüşüb, platformasını açıqlamalıdır, insanların problemlərini öyrənməlidir, deputat seçilərsə Milli Məclisdə hansı məsələləri qaldıracağını vəd verməlidir. Onun işi pul paylamaq, ərzaq vermək, yol çəkdirmək, park tikdirmək deyil.

Amma Lənkəran kənd seçki dairəsindən “əbədi” deputat olan və hər çıxışı qalmaqal, qıcıq doğuran, müəllimə dərsdən sonra fəhləlik edən söyləyən Hadi Rəcəbli təzədən mandat iddiasındadır. Onun yenidən deputat ediləcəyi şübhəsizdir. Çünki bu dairədə rəqibləri demək olar ki, yoxdur, onlar formal olaraq irəli sürülüblər, əksəriyyəti işsizdir, yaxud da müəllimdir. (Reportyor.info)
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr