Dünya can hayında, ruslar isə heykələ görə çexləri hədələyir...

Aktual 12-apr, 15:299 xebertv 165 0
Dünya can hayında, ruslar isə heykələ görə çexləri hədələyir...

Koronavirus pandemiyasının dünyanı cənginə aldığı, virusun hər gün minlərlə adamı öldürdüyü , fəlakətin sonunun görünmədiyi bir vaxtda Rusiya ilə Çexiya arasında heykələ görə ciddi gərginlik yaranıb.

tv713.az virtualaz.org-a istinadən bildirir ki, Praqa bələdiyyə rəsmiləri aprelin 3-də sovet marşalı Ivan Konevin şəhərdəki abidəsini demontaj ediblər.

Marşal Konev II Dünya Müharibəsi zamanı Praqaya daxil olan sovet qoşunlarının komandanı olub. Lakin Çexiya rəsmiləri bildirirlər ki, Konevin qoşunları 1945-vi ilin mayında Praqaya gələndə, şəhər artıq yerli müqavimət qüvvələri tərəfindən nasistlərdən azad edilmişdi.


Dünya can hayında, ruslar isə heykələ görə çexləri hədələyir...


Marşal Konev isə sovet dövründə Praqanın xilaskarı kimi təqdim olunurdu və Çexoslovakiyanın kommunist rejimi tərəfindən 1980-ci ildə onun xatirəsinə ucaldılımış abidə daim ziddiyyətlərə səbəb olurdu . Heykəl 1989-cu ildə kommunizmin iflasından sonra dəfələrlə vandalizm hücumlarına məruz qalmışdı.

Konev habelə 1956-cı ildə Macarıstan üsyanının yatırılmasında və Berlin Divarının tikilməsində iştirak edən qoşunlara rəhbərlik etmişdi. Bəzi tarixçilər inanırlar ki, marşal həmçinin 1968-ci ildə Çexoslovakiyaya sovet hərbi müdaxiləsinin hazırlanmasında iştirak edib. Konev 1973-cü ildə vəfat edib.

Çex rəsmilər bildiriblər ki, heykəl başqa bir yerdə qoyulacaq, onun Praqadakı yerini isə şəhərin müqavimət döyüşçülərinə abidə tutacaq.

Dünya can hayında, ruslar isə heykələ görə çexləri hədələyir...



Moskva Konevin heykəlinin demontajı planlarına əvvəldən sərt reaksiya ilə etiraz bildirirdi. Aprelin 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu çex həmkarı Lubomir Metnardan heykəlin Rusiyaya qaytarılmasını istəmişdi. Metnar bundan imtina etmiş və heykəlin Çexiyaya məxsus olduğunu bildirmişdi.

Bundan bir gün sonra isə Rusiyanın İstintaq Komitəsi Praqada Konevin heykəlinin demontaj edilməsi ilə bağlı cinayət işi açıldığı barədə bəyanat vermişdi. Komitə bildirirdi ki, cinayət işi “nasistlərə haqq qazandırılması” maddəsi üzrə aparılır. Rusiya İstintaq Komitəsi aprelin 10-da bildirib ki, sovet marşalı Ivan Konevin heykəlinin Çexiya paytaxtındakı meydanlardan birindən götürülməsi ilə əlaqədar cinayət işi açır.


Dünya can hayında, ruslar isə heykələ görə çexləri hədələyir...



Komitə bildirib ki, cinayət işi “Rusiyanın hərbi şöhrət simvollarına ziyan vurulması” ittihamı ilə aparılır. Rusiyanın Cinayət Məcəlləsi Çex Respublikasında qüvvəyə malik olmadığına görə bu cinayət işi də simvolik hesab oluna bilər, lakin hadisə iki ölkə arasında onsuz da soyuq olan münasibətləri daha da pisləşdirib.

Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko deyib ki, “belə açıq hörmətsizlik etməklə” Praqa şəhər bələdiyyəsi Çex Respublikasının Rusiya-Çexiya arasındakı razılaşma və müqavilələr üzrə öhdəliklərini pozub, ortaq xatirəyə və Sovet xalqının faşizmə qarşı mübarizə tarixinə ehtiramsızlıq nümayiş etdirib.

Bunun ardınca Çex Respublikasının Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının dövlət orqanları tərəfindən Çexiyanın daxili işlərinə qarışılmasını qətiyyətlə rədd edən bəyanatla çıxış edib. Bu bəyanat Çexiyanın Moskvadakı səfriliyinin saytında dərc edilib. Bəyanatda deyilir ki, Çexiya tərəfi Moskvanı “qarşıdurma xarakterli bəyənatların” davam etdirilməsindən çəkindirir.


Bu da bildirilir ki, əks halda bu cür hərəkətlər Praqda Rusiyanın iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsində maraqlı olmadığı kimi qiymətləndirilə bilər. Bəyanata əsasən Çex Respublikası öz ərazisində 4224 hərbi məzarlığı, memorialları və abidələrilazımınca saxlamaqla hərbi məzarlıqların qorunmasına dair 1999-cu il tarixli Çexiya-Rusiya müqaviləsi üzrə öhdəliklərinə əməl edir.

Dünya can hayında, ruslar isə heykələ görə çexləri hədələyir...


Lakin əlavə edilir ki, sözü gedən müqavilə marşal Konevin abidəsinə şamil edilə bilməz. Praqa Rusiya tərəfinə irad tutur ki, 1999-cu il müqaviləsinin şərtlərini, yerli səviyyədə uzun illərdir aparılan danışıqlara rəğmən Samara, Novokuybışevsk, Lipyaqa və başqa yerlərdəki çex legionerlərinin məzarlarının abadlaşdırılması məsələsi həllini tapmadığına görə Rusiya tərəfi pozub.

Bəyanatda marşal Konevin heykəli məsələsinə də aydınlıq gətirilir: "Rusiya tərəfinin marşal İ.S.Konevin heykəlini əldə etmək marağının olduğu təqdirdə, bu heykəlin sahibi ilə danışıqlara başlamalıdır. Çex Respublikası heykəlin sahibi deyil”.


tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr