Kiyev bir daha elan etdi
Ukrayna hakimiyyəti Donbas ərazilərini hərbi yolla geri qaytarmaq fikrində deyil.
Tv 713. az xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov bir daha elan edib.
“Rusiya indi nağıllar danışır ki, biz guya Donetsk və Luqansk rayonlarını hərbi yolla qaytaracağıq. Biz bunu edə bilmərik, çünki indi orada olan mülki əhaliyə cavabdehik. Əgər indi qoşunlar hücuma keçsə, təsəvvür edin ki, belə bir əməliyyatda nə qədər insan həlak ola bilər. Bizim üçün insan həyatı ən yüksək dəyərdir. Donetsk və Luqansk vilayətlərinin ərazisi vətənə qayıdacaqmı? Qayıdacaq. Krım qayıdacaqmı? Qayıdacaq. Sadəcə vaxt məsələsidir. Biz Ukraynanın varlığı ərzində heç kimə hücum etməmişik, amma özümüzə aid olandan da əl çəkməyəcəyik. Hərbçilərimiz - qadın və kişilər vətənimizi qoruyacaqlar. Kifayət qədər qüvvə və vasitə var”, - Danilov qeyd edib.
Qeyd edək ki, Danilov bundan öncə də uşaqlar və qadınların zərər görə biləcəyinə görə hərbi varianta getməyəcəklərini bildirmişdi.