“Digər icra başçıları rüşvət almağa davam edirlər”

Manset / Ölkə 01-may, 12:449 xebertv 146 0
“Digər icra başçıları rüşvət almağa davam edirlər”


Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev son dövrdə rayon icra başçılarının həbsi ilə bağlı danışıb.

tv713.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Q.Həsənquliyev deyib ki, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə apararaq əməliyyatlar keçirir: “Bir rayonda icra başçısı həbs olunur, sanki bunun o biri rayona aidiyyatı yoxdur. Digər rayonların icra başçıları rüşvət almağa davam edir. Onlar qorxmadan, əminliklə bunu davam etdirirlər. Nədənsə onların məsuliyyətdən yayınacaqlarına dair daxillərində bir inam var.

Əgər bizdə insanlar bilsə ki, rüşvət verdiyinə görə sabah cinayət işi açılanda, onu da məsuliyyətə cəlb edəcəklər, onda qorxub rüşvət verməkdən yayınar. Hesablama Palatası yoxlamalar aparıb nöqsanları aşkar edir və bununla bağlı müvafiq dövlət qurumlarına təkliflər göndərir. Dövlət qurumları isə əziyyət çəkirlər ki, qanunlarda boşluq olsun, onlar da bundan sui-istifadə etsin.

Vüqar müəllim, ( Vüqar Gülməmmədov-red) buna görə də təklifləri bizə göndərin ki, o boşluqları görək və aradan qaldıraq. Biz qanunların icrası ilə məşğul olmuruq deyə boşluqları görmürük”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr