“Dədə Qorqud” tankeri təmir olunub

Aktual / Manset 15-may, 14:379 xebertv 156 0
“Dədə Qorqud” tankeri təmir olunub


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat Donanmasına məxsus “Dədə Qorqud” tankeri təmir olunub.

tv713.az bildirir ki, QSCdən “APA-Economics”ə verilən məlumata görə, “Zığ” gəmi təmiri və tikintisi zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi tam təmizlənərək rənglənib. Baş və köməkçi mühərrikləri təmir olunub.

Bundan başqa, gəmi üzrə boru, elektrik quraşdırma və avtomatika işləri də həyata keçirilib. Heyətin yaşayış otaqlarında və yeməkxanasında da təmir aparılıb.

Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

“Dədə Qorqud” tankerin uzunluğu 149,9, eni 17,3 metr, yükgötürmə qabiliyyəti 13 min tondur. Tanker eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulub.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr