Millinin sabiq qapıçısına qol buraxmaq üçün rüşvət təklif olunub
Argentina millisinin sabiq futbolçusu Uqo Orlando Qatti "Boka Xuniors"da çıxış edərkən "River Pleyt"lə derbi matçından öncə ona rüşvət təklif edildiyini bildirib.
76 yaşlı veteran qapıçı "El Chiringuito"ya müsahibəsində həmin təklifi qəbul etmədiyini söyləyib.
Qattinin sözlərinə görə, rəqib klubun nümayəndələri 2 top buraxması üçün ona 1 milyon ABŞ dolları təklif ediblər: "Təbii ki, onlarla razılaşmadım. Bildilər ki, mən satqın deyiləm. Bundan əlavə, həmin vaxt Argentina futbolunda 1 milyon ABŞ dolları yox idi".
Qeyd edək ki, 18 dəfə Argentina millisinin formasını geyinmiş Uqo Orlando Qatti ölkəsində "Boka Xuniors"la yanaşı, "Atlanta", "River Pleyt", "Ximnasiya" və "Union Santa-Fe" klublarında da çıxış edib.(report.az)
tv713.az