Prezident yol tikintisinə 5,6 milyon ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonunun Yuxarı Noxudlu–Aşağı Noxudlu–Xurşud–Aşağı Kürkəndi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Altı min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yuxarı Noxudlu–Aşağı Noxudlu–Xurşud–Aşağı Kürkəndi avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
tv713.az